9 dekabr 2011 01:17
Foqtsun köməkçisi yığmamızdan gedir
Futbol üzrə Azərbaycan yığmasının məşqisi Vəli Qasımov bu postundan uzaqlaşdırıla bilər. Azerisport.az xəbər verir ki, Berti Foqtsun əsas köməkçilərindən olan Qasımovun eyni vaxtda iki vəzifəni yerinə yetirməsini nəzərə alan AFFA rəhbərliyi onun işini “yüngülləşdirmək” istəyir.
Belə ki, həm də 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi olan Qasımovun sadəcə bu işinə köklənməsi daha optimal variant kimi qiymətləndirilir. Lakin onu bu postda kimin əvəzləyəcəyi hələlik dəqiq bilinmir. Sadəcə, yeni köməkçi-məşqçinin də yerli olacağı istisna edilmir.
