9 dekabr 2011 01:38
Berti Foqts: Məni təəccübləndirən azərbaycanlı hakimlərin...
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Premyer Liqamızın oyunlarının əcnəbi hakimlər tərəfindən idarə olunmasının əleyhinədi. Azerisport.az saytına müsahibəsində o, sözügedən məsələ ilə bağlı bunları dilə gətirib:
“Mən düşünmürəm ki, çempionat oyunlarını idarə etmək üçün əcnəbi hakimlərə ehtiyac var. Onlar sadəcə burda seminar keçirə, azərbaycanlı hakimlərin işini izləyə, müəyyən məsləhətlərini verə bilərlər. Məni ən çox təəccübləndirən azərbaycanlı hakimlərin hər hərəkətə fit çalmasıdı. Hər toxunuş, hər yerə yıxılma qayda pozuntusu kimi qiymətləndirilir. Bu, məni qalan şeylərdən daha çox təəccübləndirir”.