9 dekabr 2011 14:07

“Biz birinci yer uğrunda mübarizə aparırıq”

“İnter”in cinah müdafiəçisi Arif Daşdəmirov müsahibəsində “Xəzər Lənkəran” üzərindəki qələbədən, eləcə də “Qəbələ” ilə qarşıdan gələn görüşdən danışıb.
 
- “Xəzər Lənkəran”la oyun həddən artıq vacib idi. Yaxşı ki, komandaya qalib gəlmək müyəssər oldu. Oyun çox ağır alındı. Uşaqlar maksimum güclərini ortaya qoydular. Oyunun gedişində xoşagəlməz epizodlar yaranırdı, lakin futbolda belə hadisələr olur. Düşünürəm ki, biz bu qələbəyə layiq idik. Daha xoş olanı budu ki, bu qələbə sayəsində turnir cədvəlində yüksəlməyə nail olduq.
 
- “İnter” nəyin hesabına “Xəzər Lənkəran”a qalib gəldi?
- Düşünürəm ki, fədakarlıq və xarakter hesabına qalib gəlməyi bacardıq. Bu faktorlar qələbə qazanmağımızda böyük rol oynadı. Biz sonadək mübarizə apardıq və xarakterimizi göstərdik.
 
- Bu dəfə sən sağ cinahda yox, adət etmədiyin qarşı mövqedə oynadın. Bu mövqedə oynamaq sənə narahatlıq yaratmadı?
- Əvvəl bir qədər çətin oldu, axı sağ cinahda oynamağa adət etmişəm. Lakin sonradan yavaş-yavaş öyrəşdim, axı belə baxanda sol və ya sağ cinahda oynamaq arasında elə də böyük fərq yoxdu. Hər iki mövqedə də eyni funksiyaları yerinə yetirirsən. Müəyyən narahatlıq o zaman yaranırdı ki, mən topu sağ cinahdan ötürməyə alışmışam, həmin oyundasa bunu sol cinahdan etməli oldum.
 
- Qarşılaşmanın sonunda baş vermiş xoşagəlməz epizoda, tribunadan “İnter”in baş məşqçisinin başına daş atıldığı zaman necə reaksiya verdin?
- Bilmirəm, bu bilərəkdən edildi, ya yox. Ancaq əsas odu ki, hazırda məşqçinin vəziyyəti normaldır. Demək istəyirəm ki, uduzmağı bacarmaq lazımdı və azarkeşlər bunu anlamalıdırlar.
 
- Yeri gəlmişkən, “Xəzər Lənkəran” Azərbaycan kubokunda “İnter”in növbəti rəqibi olacaq. Məhz bu komanda “İnter”i ötən mövsüm kubokun final qarşılaşmasında mükafatsız qoymuşdu. O zaman məhz sənin 11 metrlik zərbən dəqiq olmamışdı. Yəni komandaya və şəxsən sənə ötən mövsümdəki məğlubiyyətin əvəzini çıxmaq üçün əla şans yaranıb.
- Əlbəttə, belə vəziyyətlərdə həmişə revanş almaq hissi olur. Bu dəfə biz qol vəziyyətlərindən istifadə etməli və təsdiqləməliyik ki, biz güclüyük. Ötən il final qarşılaşmasına gəldiksə yalnız onu deyə bilərəm ki, penaltilər seriyası lotoreyadı və o zaman “Xəzər Lənkəran”ın bəxti daha çox gətirdi.
 
- Mövsümün əvvəlində “İnter” dəyişikliyə uğradı, komandanı əsas heyətin bir necə oyunçusu tərk etdi və bir çoxları komandanın ciddi tapşırıqları yerinə yetirəcəyinə inanmırdılar. Lakin artıq 15 tur arxada qalıb və “İnter” inamla turnir cədvəlində yüksək yerlərdədi. Bu mövsüm komanda hansı vəzifələri yerinə yetirəcək və hansı məqsədləri güdür?
- Oyundan da görünür ki, komanda ancaq irəliyə hərəkət edir. Biz birinci yer uğrunda mübarizə aparırıq. Məqsədimiz çempionluqdu. Bu il “İnter”də gənc futbolçular oynayırlar və baş məşqçi də onlara özlərini göstərməyə həvəslə şans verir. Əgər biz ötən mövsümlə müqayisədə zəifləmişiksə, o zaman komanda necə olur ki, ikinci yeri tutur? Mən titula çox can atıram, ona görə ki, çempionatda və kubokda qələbənin dadını dadmaq mənə hələ müyəssər olmayıb.
  
- Artıq bazar günü “İnter” çempionat oyunları çərçivəsində “Qəbələ”yə qarşı oynayacaq. Bu qarşılaşma barədə nə deyə bilərsən?
- Bizim üçün asan oyunlar olmur. Qəbələdə matç çox çətin olacaq. Rəqib son oyunda qələbə qazanıb və növbəti qələbə əldə etməyə çalışacaq, axı onlara “altılıq”da mövqelərini möhkəmləndirmək lazımdı. Buna görə də, komandaya çox çətin olacaq. Bizə öz futbolumuzu oynamaq lazımdır və o zaman nəticə də gələcək. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.