9 dekabr 2011 01:53
İnter Qəbələ ilə matça hazırlaşır (FOTOLAR)
“Şəfa” stadionunda bir araya gələn “İnter” səhər və axşam məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün komanda bir dəfə məşq keçib. Qeyd edək ki, komandanın baş məşqçisi Kaxaber Tsxadadze dünəndən etibarən məşqlərə şəxsən rəhbərlik edir. Zədəli hücumçu Girt Karlson artıq fərdi məşqlərə başlayıb. Əlavə edək ki, məşq prosesində Azərbaycanın milli komandasına dəvət almış futbolçular - Elnur Abdulovla Səlahət Ağayev iştirak etməyiblər. Xatırladaq ki, “Qəbələ” - “İnter” qarşılaşması dekabrın 11-də baş tutacaq.
