9 dekabr 2011 14:50
XL rəhbərliyi azarkeşlərlə görüş keçirəcək
Bu gün – dekabrın 9-da, saat 18:00-da “Xəzər Lənkəran” Mərkəzi Stadionunun mətbuat konransı zalında klub rəsmiləri və azarkeşlər arasında görüş keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə cənub klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, klubun vitse-prezidenti Tuyqun Nadirov və icraçı direktor Höccət Hacıyev bu görüş əsnasında komandadakı vəziyyətlə bağlı olan bütün sualları cavablandıracaqlar.
