9 dekabr 2011 15:12
Xaqani Məmmədov: Bu məsələdə Berti Foqtsla tam razıyam
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun ədalət təmsilçilərimizin idarəçiliyi haqda iradlarına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən Berti Foqtsun azərbaycanlı hakimlərin hər hərəkətə görə fit çalmalarına dair fikirləri ilə tam razıyam. Həqiqətən də bizim hakimlər hər toxunuşu, yerə yıxılmağı qayda pozuntusu kimi qiymətləndirirlər. Amma bunun digər yönü də var. Azərbaycanlı futbolçular sərt oyunla kobud oyunu səhv salırlar. Avropada bizim hakimlərdən razıdılar, onlar yaxşı qiymətlər alırlar. Amma bizim çempionatın oyunlarında hakimlər sərt yox, daha çox kobud oyunun şahidi olurlar”.