9 dekabr 2011 15:44
“Azarkeşsiz stadionda oynamaq çox çətin olacaq”
“Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqov Premyer Liqanın 16-cı turunun “Xəzər Lənkəran”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Azarkeşlərsiz oynamaq çox çətin olacaq. Hamı bilir ki, futbol azarkeşlər üçün oynanılır. Ola bilər ki, hansısa komanda Lənkəran publikası qarşısında oynamağa qorxur. Amma bizim üçün bu, əksinə xoşdu. Çünki azarkeşlərin gözü önündə futbolçu özünü daha məsuliyyətli hiss edir. Məhz onlar komandanı daha da tez oynamağa, hücuma atılmağa məcbur edirlər. Çox istərdim ki, bu oyunda hər iki komandanın azarkeşləri meydanda olsunlar. Lakin artıq qərar qəbul olunub və oynamaq lazımdı”.