10 dekabr 2011 18:00

XL-la Qarabağdan sülh, Bakıdan növbəti xal itkisi (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Son dövrlər yüksəlişdə olan iki komanda - “Rəvan” və “Bakı” paytaxt derbisində son turdakı məğlubiyyəti unutdurmağa çalışıblar. Lakin komandalar qalibi müəyyənləşdirə bilməyiblər. “Simurq” özü kimi autsayderlər qrupunda qərarlaşan “Turan”ı məğlub yola salmağı bacarıb. Turun mərkəzi oyununda isə son turda “İnter”ə məğlubiyyətin ardından Mirça Redniklə vidalaşıb, onun yerinə Cüneyt Biçeri gətirən “Xəzər Lənkəran”la “Qarabağ” üz-üzə gəlib. Bu oyunda da qapılara qol vurulmayıb.
 
Premyer Liqa
16-cı tur
10 dekabr (şənbə)
 
XƏZƏR LƏNKƏRAN - QARABAĞ - 0:0 (0:0)
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Elşən Acalov, Hacıəli Ağayev.
Lənkəran şəhər mərkəzi stadionu.
 
Oyun başladı
3. Oyunda ilk qayda pozuntusu və ilk sarı vərəqə: Mureşan Roşanı mərkəz xəttinin yaxınlığında yıxdı, hakim dərhal əlini cibinə apardı
5. Opara ilə Semedonun divar ötürməsi nəticəsində sonuncunun qapı qarşısına ötürməsi uğursuz alınır
6. Əfran İsmayılovun zərbəsindən sonra Kamran topu qaytarır. Aqolli təxminən eyni məsafədən zərbə vurmaq istəsə də, top ayağına oturmur
8. Rəşad Sadiqov sarı vərəqə alır
11. Sadiqovun zərbəsində sonra top Əfrana tuş gəlir və futbolçuya həkim yardımı lazım olur
14. Komandalar qapılara yaxınlaşmağa tələsmir. Hər iki tərəfin yarımmüdafiəsi meydanın mərkəzini ələ keçirməyə çalışır
17. "Qarabağ"ın hücumu zamanı sol cinahdan ötürülən topu uzaq dirəyin yanında olan Əfran oyuna qaytarsa da, qapı önündə heç kim yox idi
19. "Qarabağ"ın daha bir təhlükəli hücumu: İ.Qurbanov yenə də soldan asma etdi, cərimə meydançasında olan Əfran topu yerə endirdi, lakin Bəxtiyarın topa zərbə vurmasına müdafiəçilər imkan vermir
22. Oyunun tempi xeyli aşağıdı. Sadəcə, qonaqlar topa daha çox nəzarət edirlər
33. Oyun eyni tərzdə davam edir. Meydan sahibləri cərimə meydançsına daxil ola bilmir, qonaqlar isə daxil olsa da, qapıya zərbə endirə bilmirlər
41. Roşa topu ələ keçirərək Kamranla təkbətək çıxdı. K.Ağayev onun zərbəsinin qarşısını ala bilir
44. M.Rosas da sarı vərəqə alır
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. Beqirinin künc zərbəsindən sonra top qonaq futbolçuya dəyərək meydanı tərk etdi. Korner isə nəticə vermir
48. Pavloviç üzərinə gələn topa zərbə vurmaq istəsə də, az qala Opara topu ələ keçirəcəkdi, lakin qonaqlar vaxtında topu uzaqlaşdırdılar
52. Geridə qalan qısa vaxt ərzində Əfran artıq sağ cinahla 3-4 reyd edə bilib
58. Əfranın yerlə zərbəsi Kamran üçün problem yaratmır
59. Nəhayət, XL "Qarabağ"ın qapısı qarşısında ilk təhlükəli qol vəziyyəti yaratdı. Rosasın solda olan Semedoya doğru paraşüt ötürməsindən sonra topu qəbul edən portuqaliyalı onu qapı önünə ötürdü. Amma lazım olan yerdə heç kim tapılmadı
60. Cüneyt Biçerin "Xəzər Lənkəran"ın baş məşqçisi kimi ilk əvəzetməsi: Vobayın yerinə meydana Doman daxil olur
63. Oparanın zərbəsi qapının üstündən keçdi. "Xəzər Lənkəran" hücumlarda ilk hissədən fərqli olaraq daha inamlı görünür
65. "Qarabağ"ın heyətində də ilk dəyişiklik edilir: İlqar Qurbanovun yerinə oyuna Adamiya daxil olur
67. Adamiya sol cinahla sürət yığır və cərimə meydançasına iti ötürmə edir. Kamran yerindədi
69.  Qonaqlardan daha bir əvəzetmə: Bəxtiyarın yerinə oyuna Rauf Əliyev daxil olur
71. Opara rəqib müdafiəçinin sol cinahla irəliləməsinin qarşısını alaraq topu Rahidə ötürdü. Kapitan cərimə meydançasına bir qədər yaxınlaşıb qapıya zərbə endirsə də, top üstdən keçir
77. Qurban Qurbanovun son əvəzetməsi: Həşimov yerini Rəşad Sadıqova verir
79. XL-da da dəyişiklik edilir: Rusiç Oparanın yerinə meydana daxil olur
81. XL-da sonuncu əvəzetmə: Rosas yerini Abdullayev Elnura verir
82. K.Doman da sarı vərəqə alır
85. Rusiç cərimə meydançasına sağ tərəfdən daxil olub zərbə endirsə də, top toru kənardan silkələyir
88. Roşa da sarı vərəqə alır: hücumu kəsdiyinə görə
89. Sağdan Semedoya doğru verilən asmadan sonra Pavloviç vaxtında yerindən çıxmaqla topu uzaqlaşdırır
90. "Qarabağ"ın çox təhlükəli hücumu! Əvvəlcə Roşa başı üzərindən topa zərbə endirmək istəsə də, Kamran topu çıxardı. Ardından topa yetişən Əfran bir neçə metrdən qapını nişan aldı, lakin Ağayev bu topu da dəf etdi
90. Oyuna üç dəqiqə əlavə edilir
90+2. Rauf Əliyev az qala bütün müdafiə xəttini keçəndən sonra qapıya zərbə endirdi, lakin nəticədə top zərbəni öz üzərinə götürən Beqiridən meydanı tərk etdi
Matç başa çatdı
 
SİMURQ - TURAN - 2:1 (0:0)
Qollar: Qərib İbrahimov, 76 (1:0), Robertas Poşkus, 80 (2:0), Akif Tağıyev, 90+4 (2:1)
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Ramiz Əsədov, Elnur Muradov.
Zaqatala. Şəhər stadionu.
 
Oyun başladı
"Simurq" ilk dəqiqələrdən daha fəaldı
"Turan" hələ ki, səliqəli müdafiə olunur
R.Poşkus rəqib qapıçı ilə üz-üzə qalsa da, bundan yararlana bilmir
Şmakovun zərbəsi dəqiq alınmır
Üstünlük tam olaraq meydan sahiblərinin əlində olsa da, bunu hesabda əks etdirə bilmirlər
Alunderis yaxşı şans qazansa, zərbəsi dəqiq alınmır
"Turan" daha çox vaxt öldürməklə, oyunun tempini aşağı salır
A.Nəzirov Poşkusun hesabı açmasına son anda imkan vermir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Poşkusun hesabı açmasına müdafiəçilər mane olur
Anar Nəzirov komandasını növbəti dəfə qoldan xilas edir
Qərib İbrahimov meydan sahiblərini hesabda önə keçirir - 1:0
İbrahimov daha bir şans qazansa da, bu dəfə fərqlənə bilmir
Robertas Poşkus qonaqları daha bir dəfə mərkəzə dəvət edir - 2:0
Akif Tağıyev qonaqların təsəlli qoluna imza atır - 2:1
Matç başa çatdı 
 
RƏVAN - BAKI - 0:0 (0:0)
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Azər Əsgərov, Vüsal Əliyev.
Bakı. Dalğa Arena.
 
Oyun başladı
5. İlk dəqiqələrdən topa hələ ki, meydan sahibləri nəzarət edirlər
8. "Bakı"nın təhlükəli cərimə zərbəsini Davud Kərimi zərərsizləşdirir
10. R.Abbasovun əla ötürməsini Klaudiney saxlamadan qapıya göndərsə də, M.Şarliya yerindədi
12. D.Kərimi start heyətində meydana çıxan Jabanın topa həlledici zərbə endirməsinə son anda mane olur
14. Meydan sahibləri künc zərbəsindən fərqlənə bilmir
19. Çesnauski əzələsini dartır və deyəsən, əvəzlənməli olacaq
21. Çesnauskini Rəhman Hacıyev əvəzləyir
23. "Bakı"nın kornerdən fərqlənmək cəhdinin qarşısını D.Kərimi alır
24. R.Hacıyev də zədələnir, amma o, həkimlərin müdaxiləsindən sonra oyuna davam edə bilir
28. V.Juniordan qüvvətli cərimə zərbəsi...D.Kərimi yerindədi
30. Yenə cərimə zərbəsi, yenə J.Vilson...amma onun bu dəfəki zərbəsi qapıdan yan keçir
33. "Bakı" artıq üstünlüyü ələ alıb və ardıcıl hücumlar təşkil etməyə başlayıb
35. "Rəvan"da da erkən əvəzləmə: K.Torres də zədələndiyi üçün yerini Ş.Şahbuzova verir
38. E.Hodziç sarı vərəqə ilə cəzalanır
43. Klaudineyin zərbəsi təhlükəli, amma qeyri-dəqiq alınır
44. D.Kərimi Parksla təkbətək mübarizədən qalib ayrılır
45. İlk yarıya 2 dəqiqə əlavə olunur
45+1. Qonaqlar təhlükəli əks-hücumu boşa verirlər
45+2. T.Novruzovun uzaqdan zərbəsini M.Şarliya çətinliklə də olsa, dəf edir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. R.Hacıyev yerini V.Boretə verir
50. Qarşılıqlı hücumlar davam edir
52. V.Juniorun zərbəsində azacıq dəqiqlik çatışmır
53. Klaudineyin təhlükəli zərbəsini son anda Şariya qaytardı
55. Komandalar artıq açıq oyuna üstünlük verməyə başlayıblar
57. Şahbuzov simulyasiyaya görə sarı vərəqə alır
69. Klaudiney demək olar ki, boş qapını nişan ala bilmir... İnanılmaz epizod idi
70. F.L.Ramimi M.Verpakovski əvəzləyir
80. Üstünlük meydan sahiblərinin tərəfində olsa da, qol yoxdu. "Bakı"ya gəlincə, əvəzləmələr də bu komandanın oyununa rəng qatmayıb
86. R.Klaudiney yerini S.Çernışevə verir
90. Ş.Əliyev də simulyasiyaya görə sarı vərəqə alır
Matç başa çatdı
 
Turun qalan görüşləri sabah keçiriləcək: Qəbələ - İnter, Sumqayıt Şəhər - Kəpəz, Neftçi - AZAL.
 
 
1
Neftçi
15
10
1
4
27-13
31
2
İnter
15
8
5
2
13-8
29
3
Xəzər Lənkəran
16
8
5
3
20-16
29
4
Bakı
16
7
5
4
22-13
26
5
Qarabağ
16
7
4
5
18-14
25
6
Qəbələ
15
6
3
6
17-19
21
7
AZAL
15
5
5
5
19-17
20
8
Simurq
16
5
4
7
17-20
19
9
Rəvan
16
4
7
5
18-19
19
10
Kəpəz
15
4
4
7
19-24
16
11
Turan
16
3
2
11
10-24
11
12
Sumqayıt Şəhər
15
2
3
10
8-21
9
 
Bombardirlər:
7 - Bahodir Nasimov (Neftçi), Robertas Poşkus (Simurq).
6 - Uinston Parks (Bakı), Tales Şütz (AZAL).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.