11 dekabr 2011 15:54

Neftçi AZAL-ı, SŞ Kəpəzi biabır etdi, Qəbələ və İnterdən sülh (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə olduğu kimi, son gündə də 3 qarşılaşma baş tutub.

“Qəbələ” son dövrlər yüksəlişdə olan və artıq ikinci pilləyə yüksələn “İnter”in məğlubiyyətsiz oyunlar seriyasına son qoymağa çalışsa da, tərəflər meydandan qolsuz heç-heçə ilə ayrılıblar. Autsayderlərin duelində “Sumqayıt Şəhər” “Kəpəz”i qəbul edib. Meydan sahibləri qonaqları hesabı açmasına peşman ediblər. Lider “Neftçi” isə AZAL-la oyunda 7 qolla qələbə qazanıb. 
 
Premyer Liqa
16-cı tur
11 dekabr (bazar)
 
NEFTÇİ - AZAL - 7:1 (4:0)
Qollar: C.Hüseynov, 3 (1:0), B.Nasimov, 11-pen (2:0), B.Nasimov, 19 (3:0), B.Nasimov, 32 (4:0), C.Hüseynov, 53 (5:0), Flavinyo, 56 (6:0), Z.Benuahi, 64 (6:1), S.Georgiyevski, 77 (7:1)
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Yaşar Abbasov, Alik Yunusov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
 
Oyun başladı
1. İbekoyinin zərbəsi yan keçir
3. Cavid Hüseynov erkən qola imza atır - 1:0
6. "Neftçi"nin iki ardıcıl künc zərbəsi bəhrəsiz qalır
10. C.Həsənzadə Flavinyonu kobudluqla dayandırır və sarı vərəqə alır
11. Bahodir Nasimov penaltidən dəqiq zərbə ilə hesabı artırır - 2:0
19. B.Nasimov qapıçı ilə üz-üzə qalır, Həsənzadə onun ilk zərbəsini qaytarsa da, təkrar zərbə qarşısında acizdi - 3:0
29. "Neftçi"dən daha bir təhlükəli hücum...amma bu dəfə hər şey qonaqlar üçün yaxşı qurtarır
30. AZAL-da isə bu gün oyun qətiyyən alınmır
32. R.Əmircanovun qapı qarşısına ideal asmasını Nasimov başla tora qovuşdurur - 4:0
36. AZAL-da əvəzləmə: Elşən Məmmədovu Vüsal Qarayev əvəzləyir
39. "Neftçi"də isə məcburi dəyişiklik: Zədələnən Rail Məlikov yerini Mirhüseyn Seyidova verir
45+1. Benuahi sarı vərəqə alır
45+3. T.Şützün zərbəsi dirəkdən dönür
Birinci hissə başa çatdı
İkinci hissə başladı
53. C.Həsənzadənin uzaqlaşdıra bilmədiyi topu C.Hüseynov təkrar zərbə ilə tora qovuşdurur - 5:0
56. Flavinyo müdafiəçilərin kobud səhvini bağışlamır - 6:0
59. AZAL kornerdən qol vurmağa yaxın olsa da, Ndukanın zərbəsi sonrası Stamenkoviç komandasını yüz faizlik qoldan xilas edir
60. Meydan sahibləri çox əla qol epizodunu dəyərləndirə bilmirlər
60. Denis Silvanı Tərlan Quliyev əvəzləyir
63. T.Şütz yaxın məsafədən qapını dəqiq nişan ala bilmir
64. Z.Benuahi hesab arasındakı fərqi azaldır - 6:1
66. B.Nasimovun əvəzində meydana E.Mpenza çıxır
70. AZAL-ın iki ardıcıl künc zərbəsi qol gətirmir
75. Qonaqlar fəallığı artırsalar da, "Neftçi" sakitcə müdafiə olunur
77. S.Georgiyevski Mpenzanın ideal ötürməsini qolla tamamlayır - 7:1
78. S.Georgiyevski qoldan sonra formasını çıxardığına görə sarı vərəqə alır
80. AZAL qol vurmağa yaxın olsa da, inamsız çıxış edirlər
82. Boqyu yerini Hüseyn Axundova verir
84. AZAL-da son əvəzləmə: Orxan Səfiyaroğlu meydana çıxır
86. Mpenzanın baş zərbəsini A.Nəbiyev boş qapıdan çıxarır
90. Matçın əsas vaxtına 2 dəqiqə əlavə olunur
90+1. H.Axundov kobud oyuna görə sarı vərəqə alır
Matç başa çatdı
 
 
QƏBƏLƏ - İNTER - 0:0 (0:0)
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Nahid Əliyev, Rauf Cabbarov.
Qəbələ. Şəhər stadionu.
 
Oyun başladı
Oyun çox kobud başlayıb
Hər iki komanda ilk dəqiqələrdən fəaldı
Arif Daşdəmirov sarı vərəqə alan ilk futbolçu olur
Qonaqlar meydan sahiblərinə nisbətən daha fəaldılar
Viktor Mendi hesabı açmağa çox yaxın olsa da, azacıq dəqiqlik çatışmır
Peter Xrappan yaxın məsafədən meydan sahiblərinin qapısına düşə bilmir
G.Lomaya S.Cehuanın fərqlənməsinə imkan vermir
"Qəbələ" hissənin sonlarında fəallıq nümayiş etdirir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Fasilədən sonra da kobud oyun davam edir
Veselko Trivunoviçi Arif İsayev əvəzləyir
Nodar Məmmədovun zərbəsi qapıdan aralı keçir
"Qəbələ"də daha bir dəyişiklik: S.Cehuanı Yaşar Abuzərov əvəzləyir
"İnter" də əvəzetməyə əl atır: Samir Zərgərovu Nizami Hacıyev əvəzləyir
B.Tsxadadze hesabı açmağa yaxın olsa da, son anda P.Doroşev onun zərbəsini kornerə çıxarır
Daşdəmirovun uzaq məsafədən möhtəşəm zərbəsi tirdən qayıdır
Matç başa çatdı
 
 
SUMQAYIT ŞƏHƏR - KƏPƏZ - 4:1 (1:1)
Qollar: S.Allahquliyev, 15 (0:1), K.Nurəhmədov, 43 (1:1), T.İsrafilov, 50 (2:1), E.Mustafayev, 76 (3:1), K.Nurəhmədov, 86 (4:1)
Hakimlər: Anar Salmanov, Elman Musayev, Vaqif Musayev, Anar Göyçayski.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
 
Oyun başladı
Ceyhun Sultanovun cərimə zərbəsi dəqiq olmur
Samir Abasovun baş zərbəsində dəqiqlik çatışmır
Sabir Allahquliyev dəqiq zərbə ilə hesabı açır - 0:1
Qoldan sonra oyun daha çox meydanın mərkəzində davam edir
Komandalar sönük oyundan əl çəkmək istəmirlər
Kamil Nurəhmədov Mahmud Qurbanovun cərimə zərbəsindən ötürməsi sonrası hesabı bərabərləşdirir - 1:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Timur İsrafilov komandasına əzmkar qələbə qazandırır - 2:1
Oyun yenidən sakit məcrada keçməyə başlayıb
Samir Abdulov hesab arasındakı fərqi artırmaq imkanını əldən verir
Abasovun da zərbəsində dəqiqlik çatışmır
Emin Mustafayev qonaqların qapısına daha bir qol vurur - 3:1
Kamil Nurəhmədov özünün ikinci, komandasının dördüncü qoluna imza atır - 4:1
Matç başa çatdı
 
Qeyd edək ki, turun digər görüşləri ilk oyun günündə baş tutmuşdu: Rəvan – Bakı - 0:0, Simurq – Turan - 2:1, Xəzər Lənkəran – Qarabağ - 0:0.
 
 
1
Neftçi
16
11
1
4
34-14
34
2
İnter
16
8
6
2
13-8
30
3
Xəzər Lənkəran
16
8
5
3
20-16
29
4
Bakı
16
7
5
4
22-13
26
5
Qarabağ
16
7
4
5
18-14
25
6
Qəbələ
16
6
4
6
17-19
22
7
AZAL
16
5
5
6
20-24
20
8
Simurq
16
5
4
7
17-20
19
9
Rəvan
16
4
7
5
18-19
19
10
Kəpəz
16
4
4
8
20-28
16
11
Sumqayıt Şəhər
16
3
3
10
12-22
12
12
Turan
16
3
2
11
10-24
11
 
Bombardirlər:
10 - Bahodir Nasimov (Neftçi).
7 - Robertas Poşkus (Simurq).
6 - Uinston Parks (Bakı), Tales Şütz (AZAL).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.