9 dekabr 2011 16:05
Azərbaycan seçmə mərhələ öncəsi əsas oyunçusunu itirdi
Futzal üzrə Azərbaycan yığması ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, DÇ-2012-nin seçmə mərhələ oyunları ərəfəsində yığmamızın aparıcı üzvlərindən Biro Jade sıradan çıxıb.
O, çıxış etdiyi Ukraynanın “Uragan” klubunun heyətində ciddi zədə alıb. Bu üzdən də yığmamızın braziliyalı legioneri qarşıdakı oyunlarda komandamıza kömək edə bilməyəcək.
Qeyd edək ki, Azərbaycanın da yer aldığı 5-ci qrupun oyunları dekabrın 15-18-də Bakıda keçiriləcək. Millimiz bu qrupdan çıxmaq üçün Ukrayna, Makedoniya və Xorvariya ilə mübarizə aparacaq.
