9 dekabr 2011 16:51
Yığmamızın rəqibləri yoldaşlıq oyunu keçirəcək
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibləri olan komandalar 2012-ci il fevralın 29-da yoldaşlıq oyunu keçirəcəklər. Azerisport.az xəbər verir ki, onların arasında yalnız Lüksemburq özünə rəqib tapa bilməyib.
Lakin İsrail, Şimali İrlandiya, Portuqaliya və Rusiyanın sınaqçı rəqiblərinin kimliyi məlumdu. Onların ikisi bu yoldaşlıq görüşlərini səfərdə, qalan ikisi də evdə keçirəcək.
Maraq üçün onu da bildirək ki, qrupumuzun favoritlərindən fərqli olaraq Lüksembur kimi, yığmamız da həmin gün üçün özünə rəqib tapa bilməyib.
Yoldaşlıq oyunları
29 fevral, 2012-ci il
İsrail – Ukraya (Təl-Əviv)
Şimali İrlandiya – Norveç (Belfast)
Polşa – Portuqaliya (Varşava)
Danimarka – Rusiya (Kopenhagen)
