9 dekabr 2011 17:28

Rodriqinyo Bakıya qayıtdı: Sabaha ümidlə baxıram

"Neftçi"nin yarımmüdafiəçisi Rodriqinyo Azərbaycana qayıdıb. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu sol dizinin ön çarpaz bağının tam qopması, xarici yan bağın tam qırılması və arxa çarpaz bağın qismən qırılması diaqnozu ilə əməliyyat olunub. Bu prosesi San Paolo klinikalarından birində məşhur həmyerlisi - İspaniyanın "Real" (Madrid) klubunun ulduz futbolçusu Kakanı əməliyyat edən professor yerinə yetirib.
 
Rodriqinyo bununla bağlı təəssüratlarını klubun rəsmi saytına bölüşüb: "Vətənim Braziliyada iki dəfə əməliyyat olundum. Klubumuzun prezidentinə əməliyyat olunmağım üçün hər bir şərait yaratdığına görə təşəkkürümü bildirirəm. Braziliyada olduğum müddətdə "Neftçi"nin necə böyük klub olduğuna bir daha əmin oldum. Məni ağır zədədən sonra tək qoymayan klub rəhbərliyindən tutmuş bütün komandama çox sağ ol deyirəm. Psixoloji baxımdan bu mənim üçün çox önəmlidi. Bu qayğının qarşılığını tez bir zamanda sağalıb meydanda "Neftçi"yə qaytarmaq istəyirəm. Həkimlər növbəti dəfə əməliyyat olunmağın vacibliyini və bunun yanvarın sonlarında baş tutacağını bildiriblər. "Neftçi"dəki bütün kollektiv və futbol oynamaq üçün çox darıxmışam. Uzun müddətdi komanda yoldaşlarıma kömək edə bilmədiyim üçün məyusam. Lakin sabaha ümidlə baxıram. İnşallah, mümkün qədər tez bir zamanda yaşıl meydanlara dönəcəyəm".
 
Xatırladaq ki, Rodriqinyo iyulun 19-da keçirilən UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqreb "Dinamo"su ilə cavab görüşünün artıq 6-cı dəqiqəsində rəqib futbolçunun bilərəkdən kobud oyunu nəticəsində zədələnərək, meydançanı tərk etmək məcburiyyətində qalmışdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.