10 dekabr 2011 00:05

Zirvə mübarizəsində yeni səhnə: hər şey AZAL, Qəbələ və Qarabağın əlində

Futbol üzrə Azərbaycan Premyer Liqasında həftəsonu 16-cı turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, yenə oyunlardan yarısı şənbə, qalanı isə bazar gününə təsadüf edəcək.
 
Turun açılış oyununda “Bakı” debütant “Rəvan”ın qonağı olacaq. Ötən tur doğma azarkeşləri önündə “Kəpəz”ə məğlub olaraq ikinci altılığa geriləyən “Rəvan” 18 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Güclü rəqibi ilə qarşılaşmada qalib gəlmək şansları az olsa da, “Rəvan” “Bakı”nı məğlub edib yenidən “ilk altılığ”a qayıtmağa çalışacaq. “Rəvan”ın heyətində müdafiəçi Hüseyn İsgəndərov cəzalı olduğundan “Bakı”ya qarşı forma geyinə bilməyəcək. Ötən tur səfərdə AZAL-a məğlub olan “Bakı” isə zirvə yarışında vacib xallar itirdi. Hazırda 25 xalla turnir cədvəlinin dördüncüsü olan “Bakı”nı üçüncü pillədən 3 xal ayırır. “Bakı”nın heyətində Denis İvanov cəzalı olduğundan meydana çıxa bilməyəcək. Birinci dövrənin 5-ci turunda bu komandalar arasında keçirilmiş oyunda 3:2 hesabıyla “Bakı” qalib gəlmişdi. Qeyd edək ki, bu komandalar ötən həftə Azərbaycan kubokunun 1/8 final mərhələsində qarşılaşmışdı. Əsas və əlavə vaxtı qolsuz başa çatan qarşılaşmada “Bakı” oyunsonrası penaltilərlə qalib gəlmişdi.
 
Turun mərkəzi oyununda “Xəzər Lənkəran” “Qarabağı” qəbul edəcək. Ötən tur doğma azarkeşləri önündə “İnter”ə məğlub olan “Xəzər Lənkəran” turnir cədvəlinin üçüncü pilləsinə geriləyib. Lənkəran təmsilçisi Mirça Rednikin istefasından sonra baş məşqçi postuna gətirilmiş Cüneyt Biçərin rəhbərliyi altında ilk oyununa çıxacaq. Dörd tur qələbə qazana bilməyən “Xəzər Lənkəran”ın yeni baş məşqçinin rəhbərliyi ilə ilk oyununda əzmkar mübarizə göstərəcəyini düşünmək olar. Ötən tur səfərdə “Turan” üzərində qələbə qazanan “Qarabağ” 24 xalla turnir cədvəlinin beşincisidi. Ağdam təmsilçisinin heyətində itki yoxdu. Türkiyədə bərpa prosesi keçən Rəşad Sadıqov da artıq geri dönüb. 29 yaşlı müdafiəçinin oyunda iştirakı sual altındadı. Qeyd edək ki, “Xəzər Lənkəran”ın heyətində müdafiəçi Elnur Allahverdiyev cəzalı olduğundan meydana çıxa bilməyəcək. Şənbə günü keçiriləcək oyun bu komandaların 22-ci qarşılaşması olacaq. İndiyə qədər Azərbaycan çempionatı çərçivəsində keçirilmiş 19 qarşılaşmanın 3-ü heç-heçə başa çatdığı halda rəqiblər hərəyə 8 dəfə qalib gəliblər. Qeyd edək ki, 2 qarşılaşma kubok oyunlarına təsadüf edib. “Xəzər Lənkəran” rəqibini 22 dəfə meydanın mərkəzinə dəvət etdiyi halda, “Qarabağ” cənubluların qapısına 19 qol vura bilib. Birinci dövrənin 6-cə turunda bu komandalar arasında keçirilmiş oyunda “Xəzər Lənkəran” minimal hesabla qələbə qazanmışdı.
 
16-cı turun ilk oyun günü “Simurq” - “Turan” qarşılaşması ilə başa çatacaq. Ötən tur doğma azarkeşləri önündə “Neftçi”yə məğlub olan Zaqatala təmsilçisi 16 xalla turnir cədvəlinin doqquzuncusudu. Güclü rəqiblərinə qarşı əzmkar oyunu ilə seçilən “Simurq” “Turan” üzərində qələbə qazanmaqla turnir cədvəlində irəliləməyə çalışacaq. Ötən tur “Qarabağ”a məğlub olan “Turan”da vəziyyətin ürəkaçan olduğunu söyləmək olmaz. 11 xalla turnir cədvəlinin on birincisi olan Tovuz komandası onuncu pillənin sahibi “Kəpəz”dən 5 xal geri qalır. “Turan” Zaqatalada qələbə qazansa da, turnir cədvəlində irəliləyə bilməyəcək.  Bu komandalar arasında birinci dövrənin 4-cü turunda Tovuzda keçirilmiş oyunda “Turan” minimal hesabla qalib gəlmişdi. Qeyd edək ki, “Turan”ın heyətində yarımmüdafiəçi Ramal Hüseynov, hücumçu George Beriaşvili və müdafiəçi Ruslan Abbasov cəzalı olduqlarından “Simurq”a qarşı forma geyinə bilməyəcəklər.
 
Turnir cədvəlinin sonuncusu “Sumqayıt Şəhər” doğma azarkeşləri önündə “Kəpəz”i qəbul edəcək.  Ötən tur səfərdə “Rəvan” üzərində qələbə qazanan Gəncə klubu 9 turluq qələbə həsrətinə son qoydu. Qərb təmsilçisi hazırda 16 xalla turnir cədvəlinin onuncusudu. Qeyd edək ki, qapısından 24 qol buraxan “Kəpəz” hazırda çempionatın ən etibarsız müdafiə xəttinə sahibdi. Çempionatın ən az qol vuran komandası olan “Sumqayıt Şəhər” turnir cədvəlində “Turan”dan 2 xal geri qalır. “Gənclər şəhəri”nin təmsilçisi “Kəpəz” üzərində qələbə qazanmaqla turnir cədvəlində bir pillə irəliləməyə çalışacaq. Bu komandalar arasında birinci dövrənin 8-ci turunda Gəncədə keçirilmiş oyunda heç-heçə qeydə alınmışdı - 1:1.
 
Ötən tur “Sumqayıt Şəhər” üzərində qələbə qazanmaqla “ilk altılığ”a yüksələn “Qəbələ” doğma azarkeşləri önündə “İnter”i qonaq edəcək. “Qəbələ” altılıqdakı mövqeyini qoyumaq üçün qalib gəlməyə çalışacaq. Ancaq “İnter”in qapısına yol tapmaq qəbələlilər üçün heç də asan olmayacaq. Cari mövsümdə qapısından cəmi 8 qol buraxan “İnter” çempionatın ən etibarlı müdafiə xəttinə sahibdr. Vacib oyun öncəsi “Qəbələ”nin heyətində bir itki var - əzmkar oyunu ilə seçilən yarımmüdafiəçi Dodo cəzalı olduğundan meydana çıxa bilməyəcək. Ötən tur səfərdə “Xəzər Lənkəran”ı minimal hesabla məğlub edən “İnter” ikinci pillədə qərarlaşıb. Paytaxt təmsilçisi zirvədəki “Neftçi”dən 2 xal geri qalır. “İnter” “Qəbələ” üzərində qələbə qazanmaqla mövqeyini qorumağa çalışacaq.
 
Son turlar əldə etdiyi xallarla turnir cədvəlinin yeddinci pilləsinə yüksələn AZAL lider “Neftçi”nin qonağı olacaq. AZAL altıncı pillənin sahibi “Qəbələ”dən cəmi bir xal geri qalır. “Təyyarəçilər”  “Neftçi” üzərində qələbə qazanmaqla ilk altılığa yüksəlməyə çalışacaq. AZAL-ın müdafiə xəttinin üzərinə bu oyunda çox yük düşəcək. Çünki, onların rəqibi çempionatın ən məhsuldar hücum xəttinə sahib olan “Neftçi”di. AZAL-ın heyətində müdafiəçi Robert Petrov və yarımmüdafiəçi Tərlan Xəlilov cəzalı olduqlarından “Neftçi” ilə oyunda komandalarına yardım edə bilməyəcəklər.
Çempionatın lideri olan “Neftçi” AZAL üzərində qələbə qazanmaqla zirvədəki mövqeyini qorumağa çalışacaq. Qeyd edək ki, “Neftçi”nin heyətində Rəşad Abdullayev cəzalı olduğundan meydana çıxa bilməyəcək. Xatırladaq ki, ilk dövrənin 4-cü turunda keçirilmiş oyunda AZAL “Neftçi”ni 3:1 hesabıyla məğlub etmişdi.

Premyer Liqa
16-cı tur
10 dekabr (şənbə)
 
Rəvan - Bakı
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Azər Əsgərov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. "Dalğa Arena" stadionu. Saat 15:00.

Simurq - Turan
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Ramiz Əsədov, Elnur Muradov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Kərim Ağayev
Zaqatala. Şəhər stadionu. Saat 16:00.
 
Xəzər Lənkəran - Qarabağ
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Elşən Acalov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Lənkəran şəhər mərkəzi stadionu. Saat 16:00
 
11 dekabr (bazar)
 
Qəbələ - İnter
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Nahid Əliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Orucəli Durmuşov
Qəbələ. Şəhər stadionu. Saat 14:00.
 
Sumqayıt Şəhər - Kəpəz
Hakimlər: Anar Salmanov, Elman Musayev, Vaqif Musayev, Anar Göyçayski
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Nüvər Xasıyev
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 14:00.
 
Neftçi - AZAL
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Yaşar Abbasov, Alik Yunusov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 14:00.
 
1
Neftçi
15
10
1
4
27-13
31
2
İnter
15
8
5
2
13-8
29
3
Xəzər Lənkəran
15
8
4
3
20-16
28
4
Bakı
15
7
4
4
22-13
25
5
Qarabağ
15
7
3
5
18-14
24
6
Qəbələ
15
6
3
6
17-19
21
7
AZAL
15
5
5
5
19-17
20
8
Rəvan
15
4
6
5
18-19
18
9
Simurq
15
4
4
7
15-19
16
10
Kəpəz
15
4
4
7
19-24
16
11
Turan
15
3
2
10
9-22
11
12
Sumqayıt Şəhər
15
2
3
10
8-21
9
 
Bombardirlər:
7 - Bahodir Nasimov (Neftçi)
6 - Uinston Parks (Bakı), Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.