9 dekabr 2011 19:54
Qurban Qurbanov: Azarkeşsiz oynaması Xəzər Lənkəranın lehinədi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 16-cı turunun “Xəzər Lənkəran”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Dünən axşamdan Lənkərandayıq. Oyun öncəsi yaxşı istirahət etmişik. Rəşad Sadıqov qarşıdakı oyunda da çıxış etməyəcək. Onun “Rəvan” və “Qəbələ” ilə oyunlara hazır olmasına çalışırıq. Bu görüşə gəlincə, qələbə qazanmaq istəyirik. Bunun necə alınacağını zaman göstərəcək. Təəssüf ki, görüş boş tribunalar qarşısında keçiriləcək. Özü də bu, “Xəzər Lənkəran”ın lehinə olan amildi. Hər halda meydan sahibləri özlərini daha komfortda hiss edəcək, təzyiq altında olmayacaqlar. Bizi isə dolu tribunalar daha da motivasiya edə bilərdi”.