9 dekabr 2011 20:15
“2011-ci ilin son dörd oyunundan 9 xal toplamalı idik”
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Premyer Liqanın 16-cı turunun “Bakı” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində paytaxt klubunun çalışdırıcısı bunları dilə gətirib:
“Bakı” ilə oyunun hazırlıqları adi qaydada davam edir. Rəqibimizin heyətində bəzi itkilər var. Amma “Bakı” istənilən halda ciddi komandadı. Heyətində xeyli əla oyunçu var. Əlbəttə, “Kəpəz”ə məğlubiyyət çox anlaşılmaz oldu. Hər halda heç bir komanda uduzmaq istəmir. Özü də doğma meydanda. Amma bu uğursuzluq bizi ruhdan sala bilməz. Mən 2011-ci ilin son dörd oyunundan 9 xal qazanmağımızı planlaşdırmışdım. Birini uduzduq. O üzdən də artıq qalan görüşlərin hamısında qələbə qazanmalıyıq ki, maksimuma nail olaq”.