9 dekabr 2011 20:31
Neftçinin məşqçisi diploma yiyələndi
"Neftçi"nin əvəzedici heyətinin qapıçilarla işləyən məşqçisi Vitali Kovalyov diplom alıb. Azerisport.az xəbər verir ki, o, UEFA-nın "B" kateqoriyalı lisenziyasına sahib çıxıb.
Qeyd edək ki, Kovalyov bu il sentyabrın 9-dan 22-dək AFFA tərəfindən təşkil olunmuş və almaniyalı mütəxəssis Nikolay Adamın rəhbərlik etdiyi UEFA-nın "B" kateqoriyalı məşqçi kurslarında iştirak edib.
