10 dekabr 2011 00:07
AFFA XL və Turanı yenə məyus etdi
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda AFFA-nın İntizam Komitəsinin 06.12.2011-ci il tarixli qərarları ilə bağlı “Turan”, “Neftçi” və “Xəzər Lənkəran” klublarının müraciətinə baxılıb.
Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
1. “Turan” PFK barədə AFFA-nın İntizam Komitəsinin 06.12.2011-ci il tarixli qərarı qüvvədə saxlanılsın.
2. “Neftçi” PFK barədə AFFA-nın İntizam Komitəsinin 06.12.2011-ci il tarixli qərarının 3-cü bəndi cəzalandırma hissəsində qismən dəyişdirilsin. Məşqçi Bəxtiyar Musayevin 5 oyunluq cəzası şərti cəza ilə əvəz olunsun. Növbəti 6 ay müddətində Bəxtiyar Musayev analoji hallara yol verdiyi təqdirdə, ona tətbiq olunacaq intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.
3. “Xəzər Lənkəran” FK barədə AFFA-nın İntizam Komitəsinin 06.12.2011-ci il tarixli qərarı qüvvədə saxlanılsın.
