10 dekabr 2011 00:11
“Azərbaycan yığmasını favorit hesab etmirəm”
Futzal üzrə Ukrayna yığmasının oyunçusu Maksim Pavlenko bildirib ki, o, Azərbaycan millisini DÇ-2012-nin seçmə mərhələsinin 5-ci qrupunun favoriti hesab etmir. Azerisport.az xəbər verir ki, ukraynalı oyunçu bu qrupdakı şansları dəyərləndirərkən bunları dilə gətirib:
“Deməzdim ki, Azərbaycan qrupumuzun favoritidi. Onların heyətində zədə üzündən seçmə mərhələni buraxmalı olacaq Biro Jadedən başqa hamısı eyni braziliyalılardı. Onsuz isə göründüyü kimi Serjio da tam fərqli oynayır. Biz istənilən halda birinci yeri tutmağa köklənmişik. Buna görə də heç kimi favorit saymırıq”

Qeyd edək ki, 5-ci qrupun oyunları dekabrın 15-18-i aralığında Bakıda keçiriləcək. Bu qrupda Azərbaycan və Ukrayna ilə yanaşı, Makedoniya və Xorvatiya da mübarizə aparacaq.