9 dekabr 2011 11:17
"Biz komandadan maksimum nəticə istəyirik”
“Bakı”nın baş meneceri Zeynal Məmmədov azerisport.az saytına müsahibəsində komandanın çıxışını dəyərləndirib, eləcə də qarşıdakı planlardan danışıb.
- Artıq “Bakı”nın ilk altılıqdakı yerini təmin etdiyini təsdiqləmək olar?
- Mən belə düşünmürəm. “Bakı” hələ öz oyununu tapmayıb. Çempionatda çoxlu yaxşı komandalar var. Hansı ki, onlar da ilk altılığa düşmək üçün gərgin mübarizə aparırlar. “Neftçi” və “Xəzər Lənkəran” çox yaxşı təsir bağışlayır, eləcə də “İnter”, “Qarabağ” və AZAL-ın çıxışını fərqləndirmək olar.

- Komandanızın daha yaxşı oynamasına nə mane olur?
- Yayda bizim heyət böyük ölçüdə dəyişikliklərə məruz qaldı. Komandaya yeni futbolçular gəldi. Onlar hələ də ümumi dil tapa bilməyiblər. Fikrimcə, hələ vaxt lazımdı. “Bakı” hər oyundan-oyuna artırır. Amma bizim komandadan istədiyimiz maksimum nəticədi.

- Qışda hansı dəyişikliklər olacaq?
- Bu, baş məşqçi Aleksandr Starkovdan asılıdı. Biz onunla qarşıdakı planları bundan sonra müzakirə edəcəyik. Ən azı 1-2 oyunçu alacağımıza əminəm. Böyük dəyişikliklər etməyə hazırlaşmırıq.

- Starkov Latviya yığmasında qalacaq?
- Bu barədə yekun qərarı “Bakı”nın prezidenti Hafiz Məmmədov verəcək. Baş məşqçinin eyni zamanda yığmada da çalışmasının klubumuza nə dərəcədə təsir göstərib-göstərmədiyinə o qərar verəcək.

- Bəs şəxsən siz necə düşünürsüz?
- Mənim fikrimcə, Starkov yenə Latviya yığmasında qalmaq arzusunda olsa, klubumuz buna qarşı çıxmayacaq.

- Uinston Parksın alınması özünü doğruldur?
- O, getdikcə daha yaxşı oynayır. Oktyabr ayının ən yaxşı futbolçusu seçildi. Fikrimcə, gələcəkdə o, daha çox artıracaq. Parks komandamıza daha böyük uğurlar qazandıra bilər.

- Bəs Jaba?
- Jaba artıq əsas komandaya qayıdıb və hazırda optimal formasını bərpa etməklə məşğuldu. Hələlik Starkov onu az oynadır. Amma Jaba öz üzərində çalışır. O, “Bakı”ya lazımdı. Əgər əvvəlki kimi oynamağa başlasa, onda problem də az olar.
- Siz artıq “Xəzər Lənkəran”ın baş məşqçisi təyin olunan keçmiş çalışdırıcınız Cüneyt Biçeri bu münasibətlə təbrik etmisiz?
- Mən klubumuzun adından ona uğurlar arzulayıram. Biçer gənc, yaxşı məşqçidi. “Bakı” onunla birlikdə Azərbaycan kubokuna, çempionatın gümüş medallarına sahib çıxıb. Fikrimcə, o, başqa komandalarda da eyni uğurları qazana bilər.