9 dekabr 2011 11:42
Biçer: Qarabağın oyunçuları bizimkilərdən daha yaxşı anlaşırlar
“Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçer Premyer Liqanın 16-cı turunun “Qarabağ”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu, mənim üçün “Xəzər Lənkəran”ın baş məşqçisi postundakı ilk oyun olacaq. Komanda hazırda yaxşı vəziyyətdədi. “İnter”ə məğlubiyyətdən sonra bütün futbolçuların “Qarabağ”la görüş haqda düşünməsinə çalışmışıq. Aydın məsələdi ki, doğma meydanda oynayacağımız üçün ancaq qələbə qazanmağı hədəfləmişik. Rəqibə gəlincə, “Qarabağ” çempionatın ən yaxşı komandalarından biridi. Onlar artıq üç mövsümdü eyni heyətlə oynayırlar. Futbolçuları bir-birini daha yaxşı başa düşürlər, nəinki bizimkilər”.