9 dekabr 2011 12:16
Premyer Liqamızın oyununda hakim dəyişikliyi
Futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunun bir oyununun hakimi dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, növbəti turun "Sumqayıt Şəhər" - "Kəpəz" oyununda dördüncü hakimAnar Göyçayskinin əvəzinə Feyzulla Feyzullayev təyinat alıb.
Premyer Liqa
16-cı tur
11 dekabr (bazar)
Sumqayıt Şəhər - Kəpəz
Hakimlər: Anar Salmanov, Elman Musayev, Vaqif Musayev, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Nüvər Xasıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 14:00
