9 dekabr 2011 12:30

Xəzər Lənkəran – Qarabağ duellərinə dair hər şey!

“Qarabağ” sabah Premyer Liqanın 16-cı turunda “Xəzər Lənkəran”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Lənkəran şəhər stadionunda baş tutacaq görüş tərəflərin çempionatda sayca 20-ci qarşılaşması olacaq. Daha 2 görüşün də kubok çərçivəsində baş tutduğunu nəzərə alsaq, cari matçın 22-ci olduğunu görərik.
 
Qısa tarixinə baxmayaraq artıq  yetərincə auditoriya toplayan duel haqqında bütün məqamları diqqətinizə çatdırırıq:
 
Xülasə
 
2004-2005 mövsümündə  baş tutmuş ilk oyunda Samir Musayevin dublu və Vadim Vasiliyevin möhtəşəm qoluna XL yalnız Samir Əliyevin təsəlli qolu ilə cavab verə bilmişdi - 3:1. Əvəzində “Qarabağ” üçün çempionluq yolunda çox vacib cavab qarşılaşmasında Lənkəran təmsilçisi qalib gəlmişdi - 0:3.
 
2005-2006 mövsümündə də komandalar hərəyə üç xal qazanıblar. İlk dövrədə “Şəfa” stadionunda keçirilən ev matçında 2:1 hesabı ilə qələbə qazanan “Qarabağ” cavab qarşılaşmasında 0:2 hesablı məğlubiyyətlə üzləşib.
 
2006-2007 mövsümündə rəqiblərdən sevinən tərəf cənub təmsilçisi olur. Uyğun olaraq 2:0 və 4:1. 2007-2008 mövsümündə isə komandalar eyni nəticəni göstərib. Səfərdə 2:0 hesabıyla məğlub olan ağdamlılar (Elmar Baxşiyev və Juninyo) doğma meydanda cənublulara eyni aqibəti yaşadıblar.
Vaqif Cavadov və Zaur Həşimovun qolları bu komandaya qələbə qazandırıb.
 
2008-2009 mövsümünün ilk oyunu Lənkəranda baş tutub. Vaqif Cavadov, Zaur Ramazanov və Sedat Saininin vurduğu qollara sadəcə Mario Souza uzatma dəqiqələrində cavab verə bilib. Belədə, “Qarabağ” 3:1-lik qələbəylə Lənkəranda ilk qələbəsini qazanıb. Cavab görüşü isə bu komandanın Quzanlıda qazandığı ilk 3 xal kimi tarixə düşüb. Artim Şakirinin sona yaxın vurduğu qol komandanın cənublular üzərində ardıcıl 3-cü qələbəsini rəsmiləşdirib.
 
2009-2010 mövsümündə çempionatın yeni formatı ilə əlaqədar olaraq tərəflər 4 dəfə qarşılaşmalı oldu. Üstəlik, kubokun 1/4 final mərhələsində tərəflər münasibətlərini ayırd etməli oldular. Təsnifat mərhələsində ilk dövrədə Quzanlıda baş tutan matçda Rauf Əliyev 85-ci dəqiqədə başla vurduğu gözəl qolla komandasına qələbə gətirdi. Fevralın 13-də baş tutan cavab görüşündə isə meydandan qol səsi çıxmadı. Bu eyni zamanda tərəflər arasında birincilikdə keçirilən 12-ci oyunda ilk heç-heçə kimi tarixə düşdü. Final mərhələsində ilk oyun aprelin 3-də Lənkəranda baş tutdu. Buna qədər 5 oyundu çempionatda cənublulara məğlub olmayan komanda 3 il sonra rəqibindən xal ala bilmədi. Kabral və Marionun qollarına Adamiya bir dəfə cavab verə bildi. Cavab görüşündə isə “Qarabağ” Rəşad Sadıqov və Rauf Əliyevin vurduğu qollarla 2:1 qalib gəldi. Kubok qarşıdurmasında isə “Qarabağ” ilk görüşdə 2:1 qələbə qazansa da, cavab görüşündə 1:0 məğlub oldu.
 
2010-2011. Heç-heçələri sevməyən tərəflər təsnifat mərhələsində bu dəfə də hərəyə bir qələbə qazandılar. Amma bu dəfə qələbə tərəfləri dəyişdilər. Adətən ev oyunlarında üstün olan komandalar bu dəfə səfərdə 3 xalı qazandılar. Oktyabrın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşdə nominal ev sahibi olan “Qarabağ” 0:1 hesabıyla məğlub oldu. Arbanasın vurduğu baxımlı qol oyunda yeganə oldu. Qış fasiləsinə yollanmamışdan öncə bu dəfə tərəflər 16-cı dəfə üz-üzə gəldilər. Rauf Əliyevin benefisi ilə yadda qaldı. Alim Qurbanovun 1 qoluna gənc forvard dublla cavab vedi.
 
Final mərhələsində baş tutan görüşlərdə isə kimsə qələbə qazana bilmədi. Öncə Suraxanı qəsəbə stadionunda baş tutan görüşdə qolsuz bərabərlik qeydə alındı, cavab matçında isə Opara hesabı açsa da, son dəqiqə İlqar Qurbanov sabiq komandasını cəzalandırdı - 1:1.
 
Məqamlar
***  İndiyə kimi tərəflərin 21 oyunu baş tutub. 19 görüş çempionatda, 2 görüş isə kubokda
*** 18 görüşdə tərəflər hərəyə 8 qələbə qazanıblar
***  Heç-heçəni sevməyən tərəflərin qarşıdurmasında cəmi 3 bərabərlik qeydə alınıb ki, bunların ikisi sonuncu oyunlara təsadüf edib
*** İqor Ponomaryov və Rasim Kara hər 2 iki komandanın baş məşqçisi olub. Ponomaryovlu “Qarabağ” məhz Karanın “Xəzər Lənkəran”ına qarşı oynayıb. İlk çempionatda tərəflər hərəyə bir qələbə qazanıb.
***  Rasim Karanın başçılığı altında “Qarabağ”ın “Xəzər Lənkəran”la görüşlərdə 2 məğlubiyyət 1 qələbəsi var
*** 2008-09 mövsümündə isə “Qarabağ” bu dəfə Qurban Qurbanovun başçılığı altında Karanın “Xəzər Lənkəran”ıyla qarşılaşıb və ilk səfər qələbəsi reallaşıb – 3:1
*** Ağasəlim Mircavadov da hər 2 komanda da baş məşqçi kimi çalışsa da, “Qarabağ”ın başındaykən “Xəzər Lənkəran”a qarşı oynamayıb
*** Tərəflərin ilk dörd duelində ev sahibləri rəqiblərinə qələbə sevinci yaşatmayıb
*** 2006-07 mövsümündə isə “Xəzər Lənkəran” Suraxanıda qələbə qazanmaqla bu seriyanı dayandırıb
*** Ən uzun qələbə seriyası “Qarabağ”a məxsusdu. 2008 və 2009-cu illərdə keçirilən 4 qarşılaşmada “Qarabağ” qalib tərəf olub
*** Kubokda tərəflər hərəyə bir qələbə qazanıb. 2009-2010 mövsümündə ¼ finalda “Qarabağ” evdə 2:1 qalib gəlsə də, cənublular cavab görüşündə 1:0-lıq qələbəylə mərhələ adlayıblar
***  Çempionatlarda “Qarabağ” rəqibinə 19 dəfə, “Xəzər Lənkəran” isə 23 dəfə qol vurub
***  Tərəflər ümumilikdə 46 qol vurublar. Yerli futbolçular 28, əcnəbilər isə 18 dəfə fərqləniblər
***  Tərəflərin duelində ilk qolu 2004-05 mövsümündə Vadim Vasilyev vurub
***  Maraqlıdı ki, 2004-cü ilin dekabrın 12-ində baş tutmuş ilk görüşdə meydana çıxanlardan sadəcə Vüqar Nadirov indi də “Qarabağ”ın formasını geyinir. “Xəzər Lənkəran”da isə həmin oyunda tər tökmüş Alim Qurbanov 8 il sonra eyni komandanın şərəfini qoruyur
*** 20 qarşılaşmada tərəflər hərəyə 1 dəfə penaltidən vurulmuş qola seviniblər
***  Duellər tarixində ən çox qolu Samir Əliyev (“Xəzər Lənkəran”) və Rauf Əliyev (“Qarabağ`) vurub
***  Hər 2 forvardın hesabında 4 qol var. Samirdən fərqli Rauf hazırda “Qarabağ”ın şərəfini qoruyur
***  Rauf  derbidə “Qarabağ”da dubl edən yeganə futbolçudu. “Xəzər Lənkəran”da isə Samir Əliyev, Entomoa və Zaur Ramazanov bunu bacarıb.
*** Zaur Ramazanov hər 2 komandanın heyətində rəqibinə qol vuran yeganə futbolçudu
*** Hazırda “Qarabağ”ın formasında çıxış edən Zaur Həşimov, Vüqar Nadirov,  İlqar Qurbanov, “Xəzər Lənkəran”da isə Elnur Allahverdiyev və Şəhriyar Xəlilov, Alim Qurbanov əks düşərgədə forma geyinib
*** Zaur və İlqar `Qarabağ`ın heyətində sabiq komandalarını qol vuraraq məyus etməyi bacarıblar.
*** Maraqlıdı ki, tərəflər arasında baş tutan son 5 oyunda ev sahibləri qələbə qazana bilməyiblər. “Xəzər Lənkəran” 2 dəfə, “Qarabağ” bir dəfə qonaq kimi qələbə qazanıb. 2 görüşdə sülh qeydə alınıb
*** “Qarabağ” ən çətin səfərlərdən sayılan Lənkəranda son 2 oyunda məğlub olmayıb: qələbə və heç-heçə
*** Ümumiyyətlə, “Qarabağ” bu rəqibinə qarşı səfərdə qol vurmaq ənənənəsi var. Lənkəran şəhər stadionunda baş tutmuş son 5 oyunun 4-də “Qarabağ” qol sevinci yaşayıb
 
“Qarabağ”ın mətbuat xidməti

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.