9 dekabr 2011 12:52
Rednik Azərbaycanda qala bilər
“Xəzər Lənkəran” rəhbərliyi Rumıniya mətbuatının ötən gün ortaya atdığı iddianı rədd edib. Azerisport.az xəbər verir ki, rumınların iddia etdiyi Mirça Rednikin cənub klubundan 300 min avro təzminat xəbəri təsdiqini tapmayıb.
Klubdan bildirilir ki, bu informasiya qətiyyən həqiqəti əks etdirmir. Çünki Redniklə klub arasında müqavilənin rəsmi şəkildə ləğvinə dair qarşılıqlı razılıq olub.
Onu da əlavə edək ki, rumıniyalı mütəxəssis istefasından sonra hələ də ölkəmizdədi. Qeyri-rəsmi informasiyalara görə, onun karyerasını Azərbaycanda davam etdirmək versiyası da gündəmdədi.
