10 dekabr 2011 13:48

Fabio Luis: Bunu faciəyə çevirmirik

“Bakı”nın yarımmüdafiəçisi Fabio Luis Ramim Premyer Liqanın 16-cı turunun “Rəvan”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Bir müddət öncə kubokda yendiyiniz “Rəvan”la bu dəfəki görüş haqda nə düşünürsüz?
- “Rəvan” yaxşı komandadı. Bizə problem yarada bilərlər. Bunun belə olacağına əminəm. Əla oyun sərgiləyirlər. Elə onların çempionatın liderlərinə qarşı oyunlarına baxsaz, hər şey aydın olar.
 
- Belə olan halda “Bakı” nə edəcək?
- Bizə başa düşmək lazımdı ki, artıq zəif rəqib olmur. Biz “Rəvan”ı yenməyə sadəcə, borcluyuq.
 
- İlk altılığa vəsiqəni rəsmiləşdirmədiyinizə görə belə düşünürsüz?
- Düzünü deyim ki, mən ilk altılıqdakı yerimizi daha tez təmin edəcəyimizi düşünürdüm. Amma təəssüf ki, bu yolda bizi çox çətin mübarizə gözləyir.
 
- Belə oyunla “Bakı” ilk altılıqda yer alacağına ümid edə bilər?
- Şübhəsiz ki, biz bunun üçün ilk növbədə oyunumuzu yaxşılaşdırmalıyıq. Bizim əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı. Buna da ilk altılığa düşmədən nail olmaq olmaz.
 
- Son turda AZAL-a məğlubiyyətin səbəbini nədə görürsüz?
- Biz həmin oyunun birinci hissəsində çox pis təsir bağışladıq. Özümüzə oxşamırdıq. Qol vəziyyətləri yaratmaqda çətinlik çəkirdik. Belə vacib oyunda məğlubiyyətlə üzləşməyimizi hələ də qəbul edə bilmirəm. Hansı ki, bu oyunda qazanılacaq xallar qızıla bərabər idi.
 
- Sanki bu yenilgi sizin üçün faciəyə bərabərdi...
- Xeyr, bunu faciəyə çevirmirik. Amma biz həmin oyunda qol vurmalı, uduzmamalı idik. Cahangir Həsənzadə 3 dəfə komandasını real qoldan xilas etdi. “Rəvan”la oyunda daha dəqiq olmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.