10 dekabr 2011 14:00
Swansea klubunun baş məşqçisi Bakıya gəlməkdən imtina etdi
İngiltərə Premyer Liqasında çıxış edən “Swansea” klubunun baş məşqçisi Brendon Rocers futbol üzrə Şimali İrlandiya yığmasını çalışdırmaqdan imtina edib. Azerisport.az xəbər verir ki, o, bunu belə izah edib:
“Biz bu barədə düşünmək üçün elə də çox vaxta malik deyilik. Mən tam olaraq “Swansea”nin uğurlarına köklənmişəm”.
“Biz bu barədə düşünmək üçün elə də çox vaxta malik deyilik. Mən tam olaraq “Swansea”nin uğurlarına köklənmişəm”.
Qeyd edək ki, hazırda özünə yeni baş məşqçi axtaran Şimali İrlandiya yığması DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alır.
