10 dekabr 2011 18:08
Aleksandr Starkov: Bəzi oyunçularımdan narazıyam
"Bakı"nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 16-cı turunun "Rəvan"la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun latviyalı çalışdırıcısı komandasının 0:0 hesablı heç-heçəyə nail olduğu görüşdən sonra bunları dilə gəririb:
“Öz futbolçularımın bəzisindən narazıyam. Qarşılaşma ərəfəsində bəzi itkilərimiz vardı. Amma “Rəvan”ın bu gün yaxşı oynadığını da qeyd etmək lazımdı. Xüsusil də, ikinci hissədə onlar daha yaxşı təsir bağışlayırdılar. Biz müdafiədən oynamağ planlaşdırmamışdıq. Amma belə alındı”.
