10 dekabr 2011 18:16
Vladislav Qədirov: Hücum xəttimizdə problemlər var
"Rəvan"ın baş məşqçisi Vladislav Qədirov Premyer Liqanın 16-cı turunun "Bakı" ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 0:0 hesablı heç-heçəyə nail olduğu görüşdən sonra bunları dilə gəririb:
“Bu gün hər iki komanda yaxşı oynadı. İki həftə içində “Bakı”yla ikinci dəfə üz-üzə gəldik. Bu dəfə də 90 dəqiqəlik mübarizə 0:0 başa çatdı. Kubokda sadəcə penaltilərlə uduzmuşduq. Bizim hücum xəttimizdə müəyyən problemlər var. Hələ ki, hücumlarımızı həlledici zərbə ilə tamamlaya biləcək futbolçumuz yoxdu. Bu oyunun xüsusilə ikinci hissəsində rəqibdən daha yaxşı oynadıq. Qol vurmağa yaxın idik. Sadəcə həmin epizodlarda şanslarımızdan yararlana bilmədik”.
