10 dekabr 2011 18:28

Neftçidə əlamətdar gün (FOTOLAR)

Məlum olduğu kimi, Premyer Liqanın 2010/11 mövsümünün qalibi olan "Neftçi" bu ilin noyabrında qızıl medallarla təlfit olunmuşdu. Lakin azerisport.az xəbər verir ki, həmin müddətdə "Neftçi"nin prezidenti Sadıq Sadıqov müqəddəs Həcc ziyarətində olduğundan, futbolçu Rodriqinyo isə Braziliyada əməliyyat olunduğundan, mükafatlandırma mərasimində iştirak edə bilməmişdilər.
 
Buna görə də həm klub rəhbəri, həm də braziliyalı yarımmüdafiəçi qızıl medallara məhz bu gün, "Neftçi" yenidən turnir cədvəlinin zirvəsində qərarlaşdığı bir zamanda qovuşublar. Klubun bazasında baş tutan tədbirdə Sadıq Sadıqova qızıl medalı komandanın adından "Neftçi"nin kapitanı Rail Məlikov təqdim edib.
 
Komandanın üzvləri bununla bağlı fikirlərini klubun rəsmi saytına bildiriblər:
 
Rail Məlikov: "Klub prezidentimiz hər matça ən azı bizim qədər həssas yanaşır. Bizimlə birgə sevinir və kədərlənir. Sadıq Sadıqovun rəhbərliyi ilə "Neftçi"nin 6 illik çempionluq həsrətinə son qoyuldu. İnşallah, uğurumuzu bu il də davam etdirərik".
 
Rodriqinyo: "Neftçi"nin rəhbərliyi həmişə futbolçulara xüsusi diqqət və qayğı ilə yanaşırlar. Bu gün bunu bir daha gördüm. Vətənim Braziliyada əməliyyat olunduğum üçün mükafatlandırma mərasiminə qatıla bilməmişdim. Bununla belə, medalsız qalmadım. Bu gün klub prezidenti özü şəxsən medalı mənə təqdim elədi. Buna görə özümü çox xoşbəxt hiss edirəm".
 
Ruslan Abışov: "Çempionluqda təkcə biz futbolçuların deyil, klub rəhbərliyi və məşqçilər heyətinin də əməyi böyükdü. Əldə olunmuş istənilən qələbədə prezidentimiz Sadıq Sadıqovun zəhməti və qayğısı var".
 
Flavinyo: "Bu gün bizim üçün çox əhəmiyyətli gündür. Çempionluq sevincini yenidən bölüşdük. Çox istərdim ki, bu il çempionluqla yanaşı, ölkə kubokunun da qalibi olaq".
 
İqor Mitreski: "Çempion olmaq çətindir, bu titulu qoruyub saxlamaq isə daha çətindir. Çalışacağıq ki, uğurun davamı gəlsin. Bu il də qızıl medallara sahib olub avrokuboklarda uğurlu çıxış edərək, azarkeşlərimizi sevindirmək istəyirik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.