10 dekabr 2011 18:35
Qurban Qurbanov: İki xal itirdiyimizi deməzdim
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 16-cı turunun "Xəzər Lənkəran"la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının 0:0 hesablı heç-heçəyə nail olduğu görüşdən sonra bunları dilə gəririb:
“Səmimi qəlbdən deyirəm ki, Mirça Rednikin “Xəzər Lənkəran”dan getməsinə çox təəssüflənirəm. Amma bununla bərabər Cüneyt Biçərin yenidən Azərbaycan klubuna baş məşqçi təyin olunmasına da şadam. Oyuna gəlincə, hər iki komanda bu gün taktiki baxımdan yaxşı oynadı. Əlbəttə, azarkeşlərin yoxluğu təəssüfləndirməyə bilməz. Rəqibin “Xəzər Lənkəran” olduğunu nəzərə alsaq, iki xal itirdiyimizi deməzdim”.
