10 dekabr 2011 18:40
Cüneyt Biçər: Qol vuran komanda qalib gələcəkdi
"Xəzər Lənkəran"ın baş məşqçisi Cüneyt Biçər Premyer Liqanın 16-cı turunun "Qarabağ"la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun türkiyəli çalışdırıcısı komandasının 0:0 hesablı heç-heçəyə nail olduğu görüşdən sonra bunları dilə gəririb:
“Artıq bir neçə vaxtdır ki, bir-birimizi tanıyırıq. Bu, “Xəzər Lənkəran” komandasının baş məşqçisi kimi ilk oyunum idi. Hər iki komanda ehtiyatlı oyun göstərdi. İlk hissədə “Qarabağ” üstün oynadı. İkinci hissədə isə üstünlük bizdə oldu. Qol vuran komanda bu oyunda qalib gələcəkdi. Lakin qapılara qol vurulmadı. “Qarabağ” klubuna uğurlar arzu edirəm”.
