10 dekabr 2011 18:52
“Gələn oyunlarda da bunun ardını gətirməyə çalışacağıq”
"Simurq"un baş məşqçisi Sergey Yuranın köməkçisi İqor Yuşenko Premyer Liqanın 16-cı turunun "Turan"la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun rusiyalı çalışdırıcısı komandasının 2:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gəririb:
“Çətin oyun oldu. İlk hissədə bir neçə qol epizodu əldə etdik, lakin qol vura bilmədik. İkinci hissədə isə fərqlənə bildik. Komandanı qələbə münasibəti ilə təbrik edirəm. Gələn oyunlarda da bunun ardını gətirməyə çalışacağıq”.
