10 dekabr 2011 19:01
Əsgər Abdullayev: Əsas heyətin 11 oyunçusu komandanı tərk edib
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 16-cı turunun "Simurq"la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı komandasının 1:2 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gəririb:
“Bu gün gənclərlə oynadıq. Əsas heyətin 11 oyunçusu komandanı tərk edib. Gənclərlə oynayanda həmişə səhvlər olur. Müdafiəçimiz oyunun gedişində zədələndi və onun yerinə yarımmüdafiəçini oynatmalı olduq. Komandamız sonadək mübarizə apardı, təəssüf ki, yalnız bir qol vura bildik”.
