11 dekabr 2011 00:04
İddialılar itirə-itirə gedirlər
Futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turun oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, ilk oyun günündə yenə 3 görüş baş tutdu.
Turun açılış oyununda “Bakı” debütant “Rəvan”ın idi. Ötən tur doğma azarkeşləri önündə “Kəpəz”ə məğlub olaraq ikinci altılığa geriləyən “Rəvan”ın güclü rəqibi ilə qarşılaşmada qalib gəlmək şansları elə də yüksək qiymətləndirilmirdi. Amma “Rəvan” “Bakı”nı məğlub edib yenidən “ilk altılığ”a qayıtmaq şansına malik idi. Ötən tur səfərdə AZAL-a məğlub olan “Bakı” isə zirvə yarışında vacib xallar itirmişdi. Bu üzdən də Aleksandr Starkovun komandası yenə xal itirmək istəmirdi.
Maraq üçün xatırladaq ki, birinci dövrənin 5-ci turunda bu komandalar arasında keçirilmiş oyunda 3:2 hesabıyla “Bakı” qalib gəlmişdi. Özü də ilk yarıda meydan sahibləri 3 qol vurandan sonra, ikinci hissədə də “Rəvan” işə düşmüşdü. Amma o vaxt “sarı-qırmızılar”ın gücü yalnız hesab arasındakı fərqi minimum endirməyə çatmışdı. Bu komandalar ötən həftə Azərbaycan kubokunun 1/8 final mərhələsində də qarşılaşmışdı. Əsas və əlavə vaxtı qolsuz başa çatan qarşılaşmada “Bakı” oyunsonrası penaltilərlə qalib gələrək növbəti mərhələyə adlamışdı. Elə bu oyunda da tərəflər 90 dəqiqə ərzində qalibi müəyyənləşdirə bilmədilər. Düzdü, xüsusilə ikinci yarıda sərgilədiyi üstün oyunu və istəyi ilə meydan sahibləri ilk dövrədəki yenilgini unutdurmağa yaxın olsalar da, qol şanslarını boşa verincə, meydandan qolsuz heç-heçə ilə ayrıldılar.
Turun mərkəzi oyununda “Xəzər Lənkəran” “Qarabağı” qəbul etdi. Ötən tur doğma azarkeşləri önündə “İnter”ə məğlub olan “Xəzər Lənkəran” eyni zamanda turnir cədvəlinin üçüncü pilləsinə geriləmişdi. Lənkəran təmsilçisi Mirça Rednikin istefasından sonra baş məşqçi postuna gətirilmiş Cüneyt Biçərin rəhbərliyi altında ilk oyununa çıxdığından, ancaq müsbət nəticəyə ümid bəsləyirdi. Lakin dörd tur idi qələbə qazana bilməyən “Xəzər Lənkəran” yeni baş məşqçinin rəhbərliyi ilə çıxdığı ilk oyunda da bu həsrətinə son qoya bilmədi.
Son turda “Turan” üzərində qələbə qazanan “Qarabağ” da bu oyunda qələbə qazanmaq fikrindəydi. Düzdü, bu görüşün azarkeşsiz keçirilməsi hər iki komanda üçün həm mənfi, həm də müsbət təsirlərə malik idi. Məsələn, “Xəzər Lənkəran” güclü dəstəkdən məhrum olmaqla yanaşı, həm də bu oyunda üzərində ciddi təzyiq hiss etmirdi. “Qarabağ”da isə cənublu tərəfdarların meydanda olmasının onları qələbəyə daha çox motivasiya edəcəyini düşünürdülər. Hər halda çox gözəl qarşılaşma alınacağını gözlədiyimiz bu matç azarkeşsiz başlaması azmış kimi, qolsuz da başa çatdı. Yeri gəlmişkən, birinci dövrənin 6-cı turunda bu komandalar arasında keçirilmiş oyunda “Xəzər Lənkəran” minimal hesabla qələbə qazanmışdı. Ağdamlıların həmin yenilginin əvəzini çıxmaq istəyi də alınmadı. Ən əsası isə “Qarabağ” turnir cədvəlinin üst pillələrindəki mübarizəni qızışdırmaq şansını əldən qaçırdı.
16-cı turun ilk oyun günü “Simurq” - “Turan” qarşılaşması ilə başa çatdı. Ötən tur “Neftçi”yə məğlub olan Zaqatala təmsilçisi “Turan” üzərində qələbə qazanmaqla turnir cədvəlində irəliləməyi hədəfləmişdi. “Qarabağ”a məğlub olan “Turan” isə bu dəfə maksimum heç-heçəyə ümid edə bilərdi. Baxmayataq ki, bu komandalar arasında birinci dövrənin 4-cü turunda Tovuzda keçirilmiş oyunda “Turan” minimal hesabla qalib gəlmişdi. Sadəcə bu dəfə Tovuz klubunda vəziyyət heç də ürəkaçan deyildi. Geridə qalan müddətdə Əsgər Abdullayevin komandasında xeyli oyunçu maliyyə problemlərinə görə klubla yollarını ayırmışdı.
Bu üzdən də qonaqların getdikcə daha da yaxşı oyun sərgiləməyə başlayan “Simurq”la görüşdə nəyəsə nail olması inandırıcı görünmürdü. Düzdü, qarşılaşmanın ilk yarısı günün digər görüşlərində olduğu kimi, qolsuz bitmişdi. Amma matçın sonlarında Zaqatala klubu nəhayət ki, istəyinə nail ola bildi. Arıdıcıl iki qola sevinən meydan sahibləri hazırda Rusiyada olan və komandasını bu oyuna çıxara bilməyən baş məşqçi Sergey Yuranın yoxluğunu da hiss etdirməməyi bacardılar. Qonaqlar isə yalnız son saniyələrdə imza atdıqları təsəlli qoluna sevindilər.
Premyer Liqa
16-cı tur
10 dekabr
Rəvan - Bakı - 0:0
Vərəqələr: Ekrem Hodziç, 38 (rəqibə qarşı kobud oyun), Şarapudin Şalbuzov, 58 (simulyasiya etdiyinə görə) - Şəhriyar Əliyev, 90 (simulyasiya etdiyinə görə) – sarı.
Vərəqələr: Ekrem Hodziç, 38 (rəqibə qarşı kobud oyun), Şarapudin Şalbuzov, 58 (simulyasiya etdiyinə görə) - Şəhriyar Əliyev, 90 (simulyasiya etdiyinə görə) – sarı.
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Azər Əsgərov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
10 dekabr 2011. Bakı. Dalğa Arena. 300 tamaşaçı
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 6. Taqım Novruzov, 7. Reys Klaudiney (90. Sergey Çernışev, 86), 8. Tural Axundov, 11. Şeriff Suma,15. Tural Cəlilov, 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 20. Kristian Torres (30. Şarapudin Şalbuzov, 35).
Ehtiyat oyunçular: 61. İvan Vasilyev, 5. Natiq Kərimi, 13. Fərid Həşimzadə, 16. Fərrux Rəhimov, 25. Səbuhi Həsənov.
Baş məşqçi: Vladislav Qədirov.
Bakı: 1. Marko Şarliya, 5. Stevan Bates, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski (99. Rəhman Hacıyev, 21/ 4. Vadim Boret, 46), 8. Junior Xavier Vilson, 15. Cəmşid Məhərrəmov (k), 20. Fabio Luis Ramim (30. Maris Verpakovski, 70), 21. Novruz Məmmədov, 25. Şəhriyar Əliyev, 36. Uinston Parks, 85. Jaba.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 17. Emin Cəfərquliyev, 22. Nicat Abdullayev, 32. Aleksey Savinov.
Baş məşqçi: Aleksandr Starkov.
Xəzər Lənkəran - Qarabağ - 0:0
Vərəqələr: Andrey Mureşan, 3 (qeyri-idman hərəkəti), Mario Rosas, 43 (qeyri-idman hərəkəti), Katalin Doman, 81 (qeyri-idman hərəkəti) - Rəşad Sadiqov, 8 (qeyri-idman hərəkəti), Leonardo Roşa, 88 (sistematik qaydaları pozduğuna görə) – sarı.
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Elşən Acalov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
10 dekabr 2011. Lənkəran şəhər stadionu. Tamaşaçısız
Xəzər Lənkəran: 1. Kamran Ağayev, 3. Elvin Beqiri, 8. Eder Bonfim, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev (k), 15. Emeka Opara (33. Deyan Rusiç, 78), 16. Adrian Pit, 17. Zahid Quliyev, 22. Antonio Semedo, 32. Mario Rosas (10. Elnur Abdullayev, 80), 84. Julius Vobay (7. Katalin Doman, 57).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 9. Branimir Subaşiç, 18. Alim Qurbanov, 23. Şəhriyar Xəlilov.
Baş məşqçi: Cüneyt Biçer.
Qarabağ: 99. Boyan Pavloviç, 4. Zaur Həşimov (14. Rəşad Sadıqov, 76), 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 9. Bəxtiyar Soltanov (11. Rauf Əliyev, 67), 18. İlqar Qurbanov(77. Georgi Adamiya, 63), 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 88. Leonardo Roşa.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 17. Vüqar Nadirov, 20. Nderim Nedzipi.
Baş məşqçi: Qurban Qurbanov.
Simurq - Turan - 2:1 (0:0)
Qollar: Aleksandr Qoqoberişvili, 74-öz qapısına (1:0), Robertas Poşkus, 81 (2:0), Akif Tağıyev, 90+4 (2:1)
Vərəqələr: Rasim Ramaldanov, 20 (qeyri-idman hərəkəti), Vidas Alunderis, 55 (perspektivli hücumun qarşısını kəsdiyinə görə), Əli Bağırov, 84 (simulyasiya) - Seymur Tağıyev, 3 (düşünmədən ayağa zərbə) – sarı.
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Ramiz Əsədov, Elnur Muradov.
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Kərim Ağayev
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
10 dekabr 2011. Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. 1200 tamaşaçı.
Simurq: 1. Fuad Əhmədov, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 79. Vidas Alunderis, 13. Aleksandr Şemonayev, 4. Vasili Yanotovski, 28. Yevgeni Şmakov (10. Tofiq Mikayılov, 57), 8. Qərib İbrahimov (21. Kristap Qrebis, 75), 77. Daniel Genov, 14. Andrey Rubin (9. Əli Bağırov, 83), 11. Robertas Poşkus.
Ehtiyat oyunçular: 32. Adnan Hodziç, 17. Rüstəm Məmmədov, 6. Mikayıl Rəhimov, 23. Ruhid Usubov.
Məşqçi: İqor Yuşenko.
Turan: 1. Anar Nəzirov (k), 4. Seymur Tağıyev, 8. Akif Tağıyev, 9. Yasin Abbasov (28. Tuqay Alhüseynli, 88), 14. Aleksandr Qoqoberişvili, 15. Namiq Əliyev, 18. Hafiz Əliyev, 20. Azər Məmmədov (17. Rəşad Piriyev, 77), 21. Rəşad Orucov, 22. Məhərrəm Müslümzadə (16. Orxan İsmayılov, 69), 27. Zura Dzamsaşvili.
Ehtiyat oyunçular: 12. Natiq Səhrətov, 6. Səbuhi İsmayılov.
Baş məşqçi: Əsgər Abdullayev.
Turun qalan görüşləri bu gün keçiriləcək: Qəbələ - İnter, Sumqayıt Şəhər - Kəpəz, Neftçi - AZAL.
|
1
|
Neftçi
|
15
|
10
|
1
|
4
|
27-13
|
31
|
|
2
|
İnter
|
15
|
8
|
5
|
2
|
13-8
|
29
|
|
3
|
Xəzər Lənkəran
|
16
|
8
|
5
|
3
|
20-16
|
29
|
|
4
|
Bakı
|
16
|
7
|
5
|
4
|
22-13
|
26
|
|
5
|
Qarabağ
|
16
|
7
|
4
|
5
|
18-14
|
25
|
|
6
|
Qəbələ
|
15
|
6
|
3
|
6
|
17-19
|
21
|
|
7
|
AZAL
|
15
|
5
|
5
|
5
|
19-17
|
20
|
|
8
|
Simurq
|
16
|
5
|
4
|
7
|
17-20
|
19
|
|
9
|
Rəvan
|
16
|
4
|
7
|
5
|
18-19
|
19
|
|
10
|
Kəpəz
|
15
|
4
|
4
|
7
|
19-24
|
16
|
|
11
|
Turan
|
16
|
3
|
2
|
11
|
10-24
|
11
|
|
12
|
Sumqayıt Şəhər
|
15
|
2
|
3
|
10
|
8-21
|
9
|
Bombardirlər:
7 - Bahodir Nasimov (Neftçi), Robertas Poşkus (Simurq).
6 - Uinston Parks (Bakı), Tales Şütz (AZAL).
