10 dekabr 2011 11:27

Premyer Liqa, 16-cı tur: Mehman Allahverdiyevin proqnozu

“Kəpəz”in sabiq baş məşqçisi Mehman Allahverdiyev azerisport.az saytı üçün Premyer Liqanın 16-cı turunun oyunlarına proqnozlarını açıqlayıb.
 
Rəvan – Bakı
Meydan sahiblərini bu mövsümün tapıntısı hesab edirəm. Yaxşı heyətləri var. Amma bütün bunlara baxmayaraq, “Bakı” qələbə qazanmalıdı. “Zolaqlılar” həm heyətlərinə, həm də ambisiyalarına görə rəqibindən daha yüksəkdədi. Mümkün xal itkisi bu komandanın çempionluq yolundakı planlarına böyük zərbə olacaq. Əminəm ki, Starkov bu dəfə səhvə yol verməyəcək. “Bakı” qələbə qazanmalıdı.
 
Simurq – Turan
Tovuz klubu son dövrlər böyük problemlərlə üz-üzədi. Belə olan halda komandanı oyunlara hazırlamaq çox çətindi. Futbolçuların ancaq futbolu düşünməsi üçün ilk növbədə maliyyə problemlərini yoluna qoymaq lazımdı. Bu cütün favoriti Zaqatala klubudu. İnanmıram ki, Sergey Yuranın komandası rəqibinə nəsə şans versin. “Simurq” hər şeyə rəğmən, qalib gəlməlidi.
 
Xəzər Lənkəran – Qarabağ
Bu oyun turun bəzəyidi. Əsl mübarizə olacaq. “Qarabağ” üçün bu oyunda qələbə qazanmaq çox vacibdi. Elə lənkəranlılar üçün də 3 xal qazanmağa böyük ehtiyac var. Yəqin ki, Cüneyt Biçər qələbə ilə başlamaq istəyir. Futbolçular da ilk oyundaca ona özünü göstərməyə çalışacaqlar. Matçın heç-heçə bitəcəyini düşünürəm.
 
Qəbələ - İnter
“Qəbələ” ilk altılıq uğrunda mübarizəsini davam etdirir. Onlar üçün hər xal qızıla bərabərdi. Bölgə təmsilçisi “İnter”ə də dişini göstərə bilər. Amma bu, çox çətin olacaq. “Bankirlər” sabit oyun göstərir. Əgər “İnter” birinci pilləni ələ keçirməyə çalışırsa, “Qəbələ”ni məğlub etməyə borcludu. “İnter”in qələbəsini gözləyirəm.
 
Sumqayıt Şəhər – Kəpəz
Keçmiş komandanın oyununu analiz etmək çətin olur. Əlbəttə, heyətinə görə “Kəpəz” rəqibindən güclüdü. Yəni “Sumqayıt Şəhər”i məğlub etmək onların gücünə görədi. Amma rəqib də son dövrlər yaxşı oyun sərgiləyir. Elə “Qarabağ” üzərində qazandıqları qələbə hər şeydən xəbər verir. Azarkeşlər yaxşı futbol görəcəklər. Matç heç-heçə bitəcək.
 
Neftçi – AZAL
Mənim “Neftçi”nin qələbə qazanacağına şübhəm yoxdu. AZAL yaxşı komandadı. Onlar son turlarda yüksəlişdədilər. Amma bu mövsüm “ağ-qaralar”ı saxlamaq çox çətindi. AZAL-ın ardıcıl ikinci dəfə “Neftçi”ni yenməsi mümkünsüz görünür. “Neftçi” çətinliklə də olsa, qalib gəlməlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.