10 dekabr 2011 12:52

XL - Qarabağ: debüt və özünüsübut anı

Ötən həftə mövsümdə ilk ev məğlubiyyətini alan “Xəzər Lənkəran” bu gün yenidən doğma meydanda oyuna çıxacaq. Azerisport.az xəbər verir ki, bu tur komandanın rəqibi Ağdamın “Qarabağ” klubudu.
 
Bu oyun “Xəzər Lənkəran”ın cari çempionatda doqquzuncu ev oyunu olacaq. Keçirilmiş səkkiz oyundan ardıcıl altı qələbə əldə edən komanda son iki oyunda xal itikisi ilə üzləşib. Öncə “Rəvan”la görüş evdə ilk xal itkisi, ardından “İnter”lə son qarşılaşmada mövsümün ilk ev məğlubiyyəti rəsmiləşdi. Bu mövsüm “Xəzər Lənkəran” öz meydanın 11 qol vurub və qapısında 5 qol görüb.
 
“Qarabağ” da bu tur doqquzuncu səfər oyununa çıxacaq. Ağdam klubunu səfər komandası adlandırmaq olar. Bu komanda rəqib meydanlarında bu mövsüm keçirdiyi səkkiz oyundan dördündə qalib gəlib, üçündə heç-heçə oynayıb və cəmi bir dəfə məğlubiyyətə uğrayıb. Maraqlıdır ki, “Qarabağ”ın çempionatda ümumi məğlubiyyətlərinin sayı beşə bərabərdi və bunlardan yalnız biri səfərdə qeydə alınıb.
 
Son altı çempionat oyununda “Xəzər Lənkəran”ın göstəriciləri belədir: iki məğlubiyyət, üç heç-heçə və bir qələbə. “Qarabağ” isə son altı turda üç dəfə qalib gəlib, iki dəfə məğlub olub və bir dəfə heç-heçə oynayıb.
 
Bu həftə “Xəzər Lənkəran” çempionatlar tarixində 10-cu dəfə “Qarabağ”ı qəbul edəcək. Ötən illərdə baş tutmuş doqquz görüşün beşindən bu komanda qalib ayrılıb. İki matçda heç-heçə qeydə alınıb, daha iki dəfə isə qonaqlar qələbə qazanıb. Lənkəranda iki tərəf arasında ən çox qeydə alınan hesab isə 2:0 hesabıdır – üç dəfə “Xəzər Lənkəran” rəqibinə bu hesabla qalib gəlib.
 
Bu komandalar arasında Lənkəranda son oyun ötən ilin dekabrında, təxminən bir il öncə keçirilmişdi. 2010-cu ilin son matçı olan həmin oyunda “Qarabağ” 1:2 hesabı ilə qalib gəlmişdi.
 
Bu oyun “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçerin debüt oyunu kimi tarixə düşəcək. Hazırda komanda tam heyətlə hazırlıqları davam etdirir. Zədəli futbolçular artıq məşq prosesinə qatılıb. Ötən tur əvəzedici heyətdə olan Emeka Opara da artıq əsas komandaya qoşulub. 
 
Sarı vərəqə limitini doldurduğuna görə Elnur Allahverdiyev qarşıdakı oyunu buraxmalı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.