10 dekabr 2011 00:47
“Bizə əsas çətinlik süni örtüklü meydanda oynamaqdı”
Premyer Liqanın 16-cı turunda “Rəvan”la səfərdə qarşılaşacaq “Bakı”nın yarımmüdafiəçisi Fabio Luis Ramim qarşıdan gələn oyunla bağlı klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, milliləşmiş legioner süni müydançadan şikayətlənib:
“Oyunun çətin olacağı hamıya bəllidi. Bizə əsas çətinlik isə süni örtüklü meydançada oynamaqdı. Belə meydançalarda oyun keçirmək hər bir futbolçu üçün ikiqat çətin və təhlükəlidi. “Bakı” çempionluq üçün oynayır. Ona görə də sabahkı oyunda mütləq qalib gəməliyik. Xal itirmək vaxtı deyil”.
