11 dekabr 2011 01:12
Şahdağın futbolçusu penaltini bilərəkdən boşa verdi
Futbol üzrə Azərbaycan birinci divizionunun “Şahdağ” – “Şəmkir” matçında maraqlı olay yaşanıb. Azerisport.az xəbər verir ki, Qusar klubunun futbolçusu qonaqların qapısına təyin olunan penaltini bilərəkdən kənara vurub.
Buna isə görüşün baş hakimi Anar Niyazovun təyin etdiyi penaltinin mübahisəli olması səbəb göstərilir. Şövkət Orduxanov adına şəhər stadionunda baş tutan görüşdə referinin qərarı hətta meydan sahiblərinə də bu penaltini dəqiq vurmamağa məcbur edib.
Qarşılaşma isə meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundakı yeganə qolu isə 41-ci dəqiqədə Kamran Məmmədov vurub.
