11 dekabr 2011 16:18
Böyükağa Hacıyev: AZAL-dan ehtiyatlanırdıq
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 16-cı turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 7:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gəririb:
“Bizim əsas silahımız hücumdu. Oyundan öncə AZAL-dan ehtiyatlanırdıq. Amma bu gün maksimum gücümüzü meydanda qoyduq və layiqli qələbə qazandıq. Araz Abdullayev yalnız dünən düşərgəyə qayıtmışdı. Buna görə də onu bu gün meydana buraxa bilmədim”.
