11 dekabr 2011 16:26
Rafiq Mirzəyev: İkinci qol komandamızdakı balansı pozdu
AZAL-ın baş məşqçisi funksiyasını yerinə yetirən Rafiq Mirzəyev Premyer Liqanın 16-cı turunun "Neftçi"ylə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 1:7 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gəririb:
“Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. İkinci buraxılan qol komandamızdakı balansı pozdu. Deməzdim ki, biz o dərəcədə pis oynadıq. Bu il hələ daha iki oyunumuz qalır. Həmin görüşlərdə qələbə qazanmalıyıq”.
