11 dekabr 2011 16:35
Fatih Kavlak: Oyundan razıyam, nəticədən yox
"Qəbələ"nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 16-cı turunun "İnter"lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun türkiyəli çalışdırıcısı komandasının 0:0 hesablı heç-heçəyə nail olduğu görüşdən sonra bunları dilə gəririb:
“Yaxşı oyun oldu. Rəqibə də belə oyuna görə təşəkkürümü bildirirəm. “İnter” çempionatın ən güclü komandalarından biridi. Texniki və fiziki cəhətdən yaxşı hazırlıqlı komandadı. Bu gün də biz gərgin, ciddi mübarizənin şahidi olduq. Komandamın oyunundan razı qaldım. Amma hesabdan yox. Çünki doğma meydanda biz həmişə üç xal üçün oynayırıq. Təəssüf ki, bu dəfə istəyimizə nail ola bilmədik”.
