11 dekabr 2011 17:47
Mirbağır İsayev: Heç kim Kəpəzdə havayı pul almayacaq
"Kəpəz"in baş məşqçisi Mirbağır İsayev Premyer Liqanın 16-cı turunun "Sumqayıt Şəhər"lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı komandasının 1:4 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gəririb:
“İlk növbədə “Sumqayıt Şəhər” komandasını qələbə münasibəti ilə təbrik edirəm, gələcək oyunlarda uğurlar arzulayıram. “Rəvan”la oyundan sonra futbolçulara “Sumqayıt Şəhər”lə oyunun daha çətin olacağını demişdim. Komanda bugünkü oyunda fiziki cəhətdən zəif idi. Hesabda irəli olsaq da, bu üstünlüyü qoruyub saxlaya bilmədik. Kimliyindən asılı olmayaraq, heç kim “Kəpəz”də havayı pul almayacaq”.
