11 dekabr 2011 17:52
Bernard Raab: Qələbə qazanmaq istəyimizi nümayiş etdirdik
"Sumqayıt Şəhər"in baş məşqçisi Bernard Raab Premyer Liqanın 16-cı turunun "Kəpəz"lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun almaniyalı çalışdırıcısı komandasının 4:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gəririb:
“Biz bu oyuna çox böyük önəm verirdik. Ona görə də nəticədən razıyam. Baxmayaraq ki, ilk hissənin əvəlində zəif təsir bağışladıq, amma bütün oyun boyu qələbə qazanmaq istəyimizi nümayiş etdirdik. Etdiyimiz dəyişikliklər oyuna təsirini göstərdi. Gözəl oyun oynadıq. Rəqib komandaya uğurlar arzulayıram”.
