12 dekabr 2011 00:02
Neftçinin turu
Futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turun oyunlarına yekun vuruldu. Azerisport.az xəbər verir ki, ilk oyun günündə olduğu kimi, bazar günündə də 3 görüş baş tutdu.
Turnir cədvəlinin sonuncusu “Sumqayıt Şəhər” doğma azarkeşləri önündə “Kəpəz”i qəbul edirdi. Ötən tur səfərdə “Rəvan” üzərində qələbə qazanan Gəncə klubu 9 turluq qələbə həsrətinə son qoyduğundan, yeni baş məşqçisi Mirbağır İsayevin rəhbərliyi altında bu oyuna da böyük ümidlərlə yanaşırdı. Baxmayaraq ki, bu tur ərəfəsində qapısından 24 qol buraxan “Kəpəz” çempionatın ən etibarsız müdafiə xəttinə sahib kollektivi idi.
Çempionatın ən az qol vuran komandası olan “Sumqayıt Şəhər” isə turnir cədvəlində “Turan”dan 2 xal geri qalırdı. “Gənclər şəhəri”nin təmsilçisi “Kəpəz” üzərində qələbə qazanmaqla turnir cədvəlində bir pillə irəliləmək şansına malik idi. Buna görə də Bernard Raabın komandası ancaq qələbə qazanmaq haqda düşünürdü. Yeri gəlmişkən, bu komandalar arasında birinci dövrənin 8-ci turunda Gəncədə keçirilmiş oyunda heç-heçə qeydə alınmışdı - 1:1. Həmin oyunda qonaqlar hesabı açsalar da, gəncəlilər sonradan məğlubiyyətdən qaça bilmişdilər.
Bu dəfə isə hər şey əksinə oldu. Belə ki, görüşdə hesabı Gəncə təmsilçisi açdı. Lakin sumqayıtlılar hesabı bərabərləşdirməklə yanaşı, qonaqları qol vurmaqlarına da peşman etdilər. Nəticədə “Sumqayıt Şəhər” daha bir tarixi qələbə qazanmış oldu. Bu qələbə Raabın komandasının bu mövsüm ilk dəfə sonuncu pillədən qurtulması üçün yetərli oldu. Artıq debütant son pilləyə düşən “Turan”ı bir xalla qabaqlayır.
Ötən tur məhz “Sumqayıt Şəhər” üzərində qələbə qazanmaqla “ilk altılığ”a yüksələn “Qəbələ” doğma azarkeşləri önündə “İnter”i qonaq etdi. “Qəbələ” altılıqdakı mövqeyini qoyumaq üçün qalib gəlməyə borclu idi. Əks halda əsas izləyicilərindən olan AZAL qələbə qazanmaqla, bu komandanı qabaqlaya bilərdi.
Ancaq “İnter”in qapısına yol tapmağın qəbələlilər üçün heç də asan olmayacağı öncədən də bəlliydi. Cari mövsümdə qapısından cəmi 8 qol buraxan “İnter” çempionatın ən etibarlı müdafiə xəttinə sahib idi. Üstəlik, ötən tur səfərdə “Xəzər Lənkəran”ı minimal hesabla məğlub edərək ikinci pilləyə çıxan “bankirlər” lider “Neftçi”dən aralanmamağı hədəfləmişdi.
Lakin bu görüşdə nə qonaqlar, nə meydan sahibləri istədiyi nəticəyə nail ola bildi. Düzdü, müəyyən mənada heç-heçəni hər iki komanda üçün normal hesab etmək də olar. Çünki “Qəbələ” xal itkisinə rəğmən, ilk altılıqdakı yerini qorumuş oldu. Həm də yeni baş məşqçi Fatih Kavlakla məğlubiyyətsiz oyunlar seriyası davam etmiş oldu. Elə “İnter” də turnir cədvəlinin ikinci pilləsində qalmasıyla təsəlli tapa bilər. Baxmayaraq ki, lider “Neftçi” aradakı xal fərqini artırmış oldu.
“Neftçi” isə son turlar əldə etdiyi xallarla turnir cədvəlinin yeddinci pilləsinə yüksələn AZAL-ı qəbul edirdi. Hansı ki, bu komanda Elxan Abdullayevin istefasından sonra 4 matçdan üçündə qələbə qazanıb, birində heç-heçə etdiyi halda, məğlubiyyət tanımırdı. Yuxarıda da qeyd etdiyimiz kimi, AZAL altıncı pillənin sahibi “Qəbələ”dən cəmi bir xal geri qalırdı və “Neftçi” üzərində qələbə qazanmaqla ilk altılığa yüksəlmək şansına malik idi. Lakin bu, heç də asan görünmürdü. Çünki “təyyarəçilər” ilk növbədə öz qapısının toxunulmazlığı haqda düşünməyə borclu idi. Axı onların rəqibi çempionatın ən məhsuldar hücum xəttinə sahib olan bir kollektiv idi.
Çempionatın lideri isə AZAL üzərində qələbə qazanmaqla zirvədəki mövqeyini daha da möhkəmləndirmək haqda düşünürdü. Üstəlik, ilk dövrənin 4-cü turunda keçirilmiş oyunda AZAL “Neftçi”ni 3:1 hesabıyla məğlub etmişdi. Bu üzdən də Böyükağa Hacıyevin komandası həm də həmin yenilginin qisasını almağı hədəfləmişdi.
Son ölkə çempionunun qisası çox ağır oldu. Belə ki, artıq ilk yarıdan sonra 4 cavabsız qolla öndə olan meydan sahibləri fasilədən sonra rəqib qapısına daha 3 dəfə yol tapdılar. AZAL-ın 1 qolu isə təsəllidən başqa heç nəyə yaramadı. Qeyd edək ki, bu, həm də AZAL tarixinin ən acı məğluğiyyəti oldu. “Təyyarəçilər" ilk dəfə belə bir hesabla məğlubiyyət görürdülər. 2005-ci ildə yaradılan komanda indiyədək ən böyük hesablı məğlubiyyətini 2006-cı ilin 30 mayında almışdı. Həmin vaxt "Olimpik" adlanan komanda öz meydanında "Karvan"a 0:5 hesabı ilə yenilmişdi. Bir müddət öncə "Xəzər Lənkəran"a tarixinin ən acı məğlubiyyətini (5:0) yaşadan "Neftçi" AZAL-ın da tarixində qara iz buraxdı.
Bu turu da bütövlükdə “Neftçi”nin lehinə saymaq olar. Hər halda ilk altılıqdakı bütün rəqiblərinin xal itirməsi yalnız bu komandanın işinə yaradı. Halbuki, hesabat turundan öncə “Qarabağ” “Xəzər Lənkəran”ı, “Qəbələ” “İnter”i, AZAL isə “Neftçi”ni yenməklə Premyer Liqadakı mübarizəni daha da genişləndirmək şansına malik idi. Amma göründüyü kimi, bu variantlardan heç biri özünü doğrultmadı.
Premyer Liqa
16-cı tur
11 dekabr
Neftçi - AZAL – 7:1 (4:0)
Qollar: Nuqzar Kvirtiya, 3-öz qapısına (1:0), B.Nasimov, 11-pen (2:0), B.Nasimov, 19 (3:0), B.Nasimov, 32 (4:0), C.Hüseynov, 52 (5:0), Flavinyo, 56 (6:0), Z.Benuahi, 64 (6:1), S.Georgiyevski, 77 (7:1)
Vərəqələr: Alessandro Viana da Silva, 45+2 (qeyri-idman hərəkəti), Slavço Georgiyevski, 77 (qeyri-idman hərəkəti) - Cahangir Həsənzadə, 10 (qeyri-idman hərəkəti), Hüseyn Axundov, 90+2 (rəqibə qarşı kobud oyun) – sarı.
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Yaşar Abbasov, Alik Yunusov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 2 dəq.
11 dekabr 2011. Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 2000 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k) (19. Mirhüseyn Seyidov, 40), 3. Denis Silva (4. Tərlan Quliyev, 60), 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavinyo, 11. Cavid Hüseynov, 14. Bahodir Nasimov (10. Emil Mpenza, 66), 15. Ruslan Abışov, 16. Alessandro Viana da Silva, 18. Ruslan Əmircanov.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 17. Araz Abdullayev, 22. Fərid Quliyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
AZAL: 12. Cahangir Həsənzadə, 16. Branislav Arseniyeviç, 88. Ervin Bulku (14. Orxan Səfiyaroğlu, 86), 5. Aqil Nəbiyev (k), 3. Usim Nduka, 10. Nuqzar Kvirtiya, 8. Elşən Məmmədov (9. Vüsal Qarayev, 36), 17. Viktor İbekoyi, 11. Zohair Benuahi, 15. Georgi Boqyu (19. Hüseyn Axundov, 82), 23. Tales Şütz.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 6. Mindauqas Daunoraviçyus, 22. Elgün Abbaslı, 24. Aydın İslamov.
Məşqçi: Rafiq Mirzəyev.
Qəbələ - İnter – 0:0
Vərəqələr: Serje Cehua, 64 (qeyri-idman hərəkəti) - Arif Daşdəmirov, 14 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) – sarı.
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Nahid Əliyev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Orucəli Durmuşov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
11 dekabr 2011. Qəbələ. Şəhər stadionu. 1000 tamaşaçı.
Qəbələ: 12. Pavel Doroşev, 3. Vurğun Hüseynov, 6. Lyuba Baranin (k), 8. Bruno da Silva, 9. Viktor Mendi, 11. Serje Cehua (7. Yaşar Abuzərov, 64), 14. Veselko Trivunovic (17. Arif İsayev, 52), 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 26. Daniel Lopes Kruz (25. Nuran Qurbanov, 90+2), 33. Saşa Yunisoğlu.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 5. Sergey Sokolov, 20. Stiv Olfers, 22. Murad Hüseynov.
Baş məşqçi: Fatih Kavlak.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov (8. Nizami Hacıyev, 68), 14. Peter Zlatinov, 15. Vladimir Levin (k), 16. Elnur Abdulov (11. Asif Məmmədov, 46), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 22. Peter Xrappan, 25. İbrahima Niasse (23. Şəhriyar Rəhimov, 90+1), 28. Baçana Tsxadadze.
Ehtiyat oyunçular: 99. Səlahət Ağayev, 7. Ruslan Poladov, 9. Enyo Krastovçev, 30. Danildo Assioli.
Baş məşqçi: Kaxaber Sxadadze.
Sumqayıt Şəhər - Kəpəz - 4:1 (1:1)
Qollar: S.Allahquliyev, 15 (0:1), K.Nurəhmədov, 45 (1:1), T.İsrafilov, 51 (2:1), E.Mustafayev, 77 (3:1), K.Nurəhmədov, 88-pen (4:1)
Vərəqələr: Mahmud Qurbanov, 80 (qeyri-idman hərəkəti) - Armand Feutçin, 78 (bilərəkdən əllə oyun), Junivan Suares, 82 (rəqibə badalaq), Azər Məmmədov, 87 (hakimə etiraz) – sarı.
Hakimlər: Anar Salmanov, Elman Musayev, Vaqif Musayev, Anar Göyçayski.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Nüvər Xasıyev
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
11 dekabr 2011. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 480 tamaşaçı.
Sumqayıt Şəhər: 55. Andrey Popoviç, 16. Hacı Əhmədov, 20. Timur İsrafilov, 22. Ruslan Tağızadə, 52. Bədavi Hüseynov, 4. Samir Abasov (k), 10. Eşqin Quliyev (8. Emin Mustafayev, 74), 27. Ramil Həşimzadə, 11. Kamil Nurəhmədov, 9. Orxan Həsənov (7. Mahmud Qurbanov, 38), 19. Orxan Əliyev (50. Samir Abdulov, 60).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 25. Ramil Nuriyev, 95. Ruslan Nəsirli, 15. Aleksandr Qross.
Baş məşqçi: Bernhard Raab.
Kəpəz: 22. Konstantin Kolesnikov, 27. Pərvin Paşayev, 28. Milan Antiç, 4. Azər Məmmədov (k), 8. Armand Feutçin, 10. Ceyhun Sultanov, 11. Sabir Allahquliyev, 14. Dmitri Parxaçov (23. Junivan Suares, 46), 18. Nikolay Svejentsev, 19. Zaur Əsədov (7. Asəf Qədiri, 80), 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 88. Elşən Poladov, 2. Nicat Məmmədov, 3. Vasif Haqverdiyev, 15. Şahin Kərimov, 33. Təbriz Hüseynli.
Baş məşqçi: Mirbağır İsayev.
Qeyd edək ki, turun digər görüşləri ilk oyun günündə baş tutmuşdu: Rəvan – Bakı - 0:0, Simurq – Turan - 2:1, Xəzər Lənkəran – Qarabağ - 0:0.
|
1
|
Neftçi
|
16
|
11
|
1
|
4
|
34-14
|
34
|
|
2
|
İnter
|
16
|
8
|
6
|
2
|
13-8
|
30
|
|
3
|
Xəzər Lənkəran
|
16
|
8
|
5
|
3
|
20-16
|
29
|
|
4
|
Bakı
|
16
|
7
|
5
|
4
|
22-13
|
26
|
|
5
|
Qarabağ
|
16
|
7
|
4
|
5
|
18-14
|
25
|
|
6
|
Qəbələ
|
16
|
6
|
4
|
6
|
17-19
|
22
|
|
7
|
AZAL
|
16
|
5
|
5
|
6
|
20-24
|
20
|
|
8
|
Simurq
|
16
|
5
|
4
|
7
|
17-20
|
19
|
|
9
|
Rəvan
|
16
|
4
|
7
|
5
|
18-19
|
19
|
|
10
|
Kəpəz
|
16
|
4
|
4
|
8
|
20-28
|
16
|
|
11
|
Sumqayıt Şəhər
|
16
|
3
|
3
|
10
|
12-22
|
12
|
|
12
|
Turan
|
16
|
3
|
2
|
11
|
10-24
|
11
|
Bombardirlər:
10 - Bahodir Nasimov (Neftçi).
7 - Robertas Poşkus (Simurq).
6 - Uinston Parks (Bakı), Tales Şütz (AZAL).
