11 dekabr 2011 11:27
Ruslan Abışov: Mən risk etməyə hazıram
“Neftçi”nin müdafiəçisi Ruslan Abışov Premyer Liqanın 16-cı turunun AZAL-la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- AZAL-la oyundan nə gözləyirsiz?
- Bu, çempionatın ən təhlükəli klublarından biridi. Birinci dövrədə onlar bizi məğlub etməyi bacarmışdılar. İndi biz yenə eyni səhvi buraxa bilmərik. Bizə qış fasiləsinə kimi birinci pillədəki yerimizi qorumaq lazımdı. Öncə qış çempionu olub, sonra da titulumuzu qorumaq istəyirik. AZAL çox yaxşı komandadı, son dövrlər əla oyun sərgiləyir. Onların “Bakı” ilə oyununa da baxdım. “Təyyarəçilər” həmin oyunda 3:0 hesabı ilə də qalib gələ bilərdilər.

- Qarşıdakı oyun sizi üçün “Neftçi”nin heyətində əlamətdar oyunlardan olacaq...
- Düzünü deyim ki, bu barədə mətbuatdan xəbər tutmuşam. Mən oyunlarımı, qollarımı saymıram. Əlbəttə, belə statistika sevindiricidi. Digər tərəfdən daha böyük məsuliyyət hiss etmiş olursan. Amma futbolçu belə şeylərə o qədər də diqqət yetirməməlidi. Komandanın oyunu, uğuru haqda düşünmək lazımdı.
- Yəni 200-cü oyunu qeyd etmək barədə düşünmürsüz?
- Belə deyək də: mən ölkə xaricində oynamaq istəyirəm. Vətəndə bu və ya digər şəkildə diqqət mərkəzinə düşmək asandı.
- Belə deyək də: mən ölkə xaricində oynamaq istəyirəm. Vətəndə bu və ya digər şəkildə diqqət mərkəzinə düşmək asandı.
- Amma millimizin baş məşqçisi Berti Foqts hesab edir ki, bizim futbolçular ölkə xaricində çıxış edə bilmirlər...
- Hərədə bir cür problem yaranır. Kimsə doğmaları üçün darıxır, kimdəsə nəsə çatışmır. Amma mən nə istədiyimi bilirəm. Yaya kimi mənim “Neftçi” ilə müqaviləm var. Ondan sonra isə xaricə getməyi düşünürəm. Təbii ki, təklif olsa.
- Getmək asandı, bəs oynamaq?
- Mən riskə hazıram. Özünə inanmaq lazımdı. Mən uşaqlıqdan xaricə oynamağı arzulamışam. Hətta yuxumda da görmüşəm ki, xarici çempionatda oynayıram. Foqts futbolçularımızın xaricə getməyə borclu olduqları barədə dediklərində həqiqətən haqlıdı. Bu, yığmamızın da səviyyəsinin qalxmasında böyük rol oynayar.

- Komanda yoldaşınız Flavinyo Azərbaycan millisində çıxış etməkdə maraqlıdı. Siz bu məsələyə necə yanaşırsız?
- Mənim Flavinyoya böyük hörmətim var. Əla futbolçudu, yaxşı inşandı. Amma mən istərdim ki, yığmamızda yerli futbolçular çıxış etsinlər. Bununla heç də braziliyalı futbolçuya qarşı çıxmıram.
- Bəs Vaqif Cavadovun yenidən milliyə dönüşünü necə?
- Əlbəttə, mən də istəyirəm ki, yığmamız daha güclü olsun. Cavadovun da qayıtmasını istəyirəm, Mahir Şükürovun probleminin həllini də.