12 dekabr 2011 13:38
Çertoqanov: Yeni sistemə qış fasiləsində daha yaxşı alışacağıq
“Qəbələ”nin yarımmüdafiəçisi Aleksandr Çertoqanov Premyer Liqanın 16-cı turunun “İnter”lə oyunundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Keçmiş komandanıza qarşı oyun heç də asan alınmadı...
- Ağır oyun oldu. “İnter” yaxşı komandadı. Bir-birlərini yaxşı başa düşürlər. Buna görə də onlara qarşı oynamaq çətin idi. Bizdə istədiklərimizin heç də hamısı alınmırdı.
- Bu, hücum xəttinə aiddi, yoxsa müdafiə?
- Bütövlükdə, oyun planı baxımından. “İnter” bizə çox hücum etməyə imkan vermədi. Buna görə də xüsusi təhlükəli qol epizodları yarada bilmirdik.

- Maraqlıdı ki, rəqib topa sizdən daha çox nəzarət edən tərəf idi...
- Bəli, dediyim kimi, rəqib futbolçular bir-birini bizdən daha yaxşı başa düşürlər. Amma biz hələ yolun başındayıq.
- Bu oyun sizin üçün prinsipiallıq daşıyırdı?
- Xeyr, heç bir prinsipiallıq yox idi. Sadəcə, həmişə keçmiş komanda yoldaşlarına, dostlarına, baş məşqçinə qarşı oynamaq maraqlı olur. Amma başqa hansısa prinsipiallıq yox idi.

- Bu oyunun çox kobud keçdiyini demək olar?
- Daha çox oyun epizodları var idi, nəinki kobudluq. Deməzdim ki, oyun çox kobud məcrada getdi. Sadəcə, meydanda hər iki tərəf sərt oyuna üstünlük verirdi. Bu ki futboldu, başqa cür ola da bilməz. Heç kim qəsdən qayda pozuntusuna əl atmırdı. “İnter”in demək olar ki, bütün futbolçularını tanıyıram və onlar da elə hərəkət etməzlər.

- Sizin qarşıdakı rəqibiniz AZAL son dövrlər yaxşı təsir bağışlasa da, son turda “Neftçi”yə çox ağır şəkildə məğlub oldu - 1:7...
- Əlbəttə, bu, xal fərqini qorumaq baxımından da yaxşı oldu. Amma biz ilk növbədə öz aramızdakı oyunlara daha ciddi yanaşmalıyıq. Qarşıdakı oyunda qələbə qazanmağa, ən azı uduzmamağa çalışacağıq.
- Toni Adams son açıqlamasında deyib ki, klubda qala bilər. Bu, komanda üçün nə dərəcədə vacibdi?
- Prinsipcə, bu sual mənə ünvanlanmamalıdı. Şübhəsiz ki, Adams dünya futbolunun əfsanəsidi. O, istənilən vəzifədə “Qəbələ”yə kömək edə bilər. Bu, hətta Azərbaycan futbolu üçün də müsbət amildi. Ola bilsin ki, komandamızın baş məşqçisi postunda bir qədər bəxti gətirmədi.

- Bəs Fatih Kavlakın rəhbərliyi altında işləriniz necə gedir?
- Hələ ki, normaldı. Oyun sxemimizdə bəzi dəyişikliklər var. Bizə indi qış fasiləsini gözləmək lazımdı. Yeni sistemə daha yaxşı uyğunlaşmaq üçün bu, zəruridi. Fikrimcə, təlim-məşq toplanışı zamanı biz yeni sistemi daha yaxşı öyrənmiş olacağıq.

- Sizi ona qədər daha iki oyun gözləyir. “Turan” və “Qarabağ”la görüşlərdən nə gözləyirsiz?
- Hər şey ola bilər. Məsələn, bizim “Neftçi”ni yenəcəyimizi kim gözlərdi? Amma biz bunu bacardıq.
- İli hansı pillədə başa vurmaq istərdiz?
- 2011-ci ili ilk altılıqda bitirmək istərdik. Hər halda bunun necə olacağını da zaman göstərəcək.