12 dekabr 2011 13:52
Sadıqovun yetirməsi ona prezidentlik edəcək
Rusiyanın “Anji” futbol klubunun rəhbərliyində ən yaxın müddətdə dəyişiklik baş verə bilər. Azerisport.az xəbər verir ki, hazırda baş direktor postunu tutan German Çistyakov vitse-prezident vəzifəsinə keçiriləcək.
Onun yerini keçmiş futbol agenti Alan Soziyev tutacaq. Klub prezidenti postunu isə gələn ildən Roberto Karlosun tutacağı gözlənilir. Hazırda braziliyalı ulduz komandanın oynayan məşqçisidi.
Qeyd edək ki, hazırda baş məşqçi axtarışında olan “Anji”nin ispaniyalı Rafael Beniteslə danışıqlara başladığı bildirilir. Bu klubda futbol üzrə Azərbaycan millisinin sabiq çalışdırıcısı Vaqif Sadıqov da məşqçi kimi fəaliyyət göstərir.
