12 dekabr 2011 14:21
Rövnəq Abdullayev: Berti Foqtsdan bunu tələb etmək düz olmaz
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla imzalanan yeni müqavilə ilə bağlı növbəti fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“İnanıram ki, yığmamız Berti Foqtsun rəhbərliyi altında 2014-cü il dünya çempionatının seçmə mərhələsində ölkəmizi şərəflə təmsil edəcək. Əlbəttə, o, yığmamızı dünya çempionatının final mərhələsinə çıxara bilməz. Bunu tələb etmək düzgün olmazdı. Foqts eyni öhdəçilikləri götürüb. Onun qarşısında duran vəzifə şərəfli çıxışdı”.
