12 dekabr 2011 15:45
Qalmaqallı oyununun keçiriləcəyi tarix bəlli oldu
Futbol üzrə Azərbaycan birinci divizionunun 9-cu turundan təxirə salınmış "Bakılı" - "Şahdağ" oyununun keçirilmə tarixi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən görüş 14 dekabr tarixində keçiriləcək. Xatırladaq ki, bu qarşılaşma matç zamanı yaranan iğtişaşlar səbəbindən yarımçıq dayandırılmışdı.
Birinci divizion
9-cu turun oyunu
14 dekabr (çərşənbə)
Bakılı - Şahdağ
Bakı. "Şəfa" stadionu, IV meydança. Saat 14:00.
