12 dekabr 2011 15:53

Kamil Nurəhmədov: Bakı və Turanla oyunlarda ən azı 4 xal qazanmalıyıq

“Sumqayıt Şəhər” Premyer Liqanın 16-cı turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Kəpəz” üzərində böyükhesablı qələbə qazandı. Azerisport.az xəbər verir ki, bu qarşılaşmada iki qol vuran Kamil Nurəhmədov klubun rəsmi internet səhifəsinə müsahibə verib.
 
- “Kəpəz” üzərində qazanılan qələbə barəsində nə deyə bilərsən?
- Oyuna istədiyimiz kimi başlaya bilmədik. Bunun məntiqi nəticəsi kimi qapımızda qol gördük. Lakin görüşdən əvvəl uşaqlarla söhbətimiz olmuşdu. Hamımız qələbəyə çox inanırdıq. Hətta hesabda geri olduğumuz zaman üç xalı qazanacağımızı hiss etmişdim. Birinci hissənin son dəqiqəsində cərimə meydançasındakı qarışıqlıqdan istifadə edib, hesabı bərabərləşdirməyi bacardım. Fasilə zamanı baş məşqçimiz komandaya bəzi tapşırıqlar verdi. İkinci hissə demək olar ki, bütünlüklə “Sumqayıt Şəhər”in üstünlüyü ilə keçdi. Timur İsrafilovun vurduğu qoldan sonra müdafiəyə çəkilmədik. Fiziki cəhətdən rəqibdən üstün oynadıq. Bütün komanda olaraq ikinci hissəni yaxşı keçirdik. Nəticədə daha iki qol vurub böyükhesablı qələbəni bayram etdik.
 
- Bu qarşılaşmada dubl etdin. İkinci qolu vurduqdan sonra hansı hissləri keçirdin?
- Ötən mövsüm I divizionda iki müxtəlif oyunda iki qol vurmuşdum. Cari mövsümdə isə Ağdamda “Qarabağ”la keçirilmiş qarşılaşmada ilk qolun müəllifi olmuşdum. Lakin bu mənim Premyer Liqadakı ilk dublum idi. Qeyri-adi hiss keçirmədim. Əsas olan qələbə qazanmaq idi ki, bunu da bacardıq.
 
- “Kəpəz”lə oyunda böyükhesablı qələbəni gözləyirdinizmi?
- Əvvəldə dediyim kimi, biz “Kəpəz”lə oyuna yalnız qələbə üçün çıxmışdıq. Bütün komanda olaraq məsuliyyəti başa düşürdük. Məhz bu səbəbdən uşaqlar hesabda geri düşsələr də, oyundan qopmadılar. Sona qədər mübarizə aparıb və üç xalı qazandıq. Ən əsası sonuncu pilləni tərk etmək idi ki, bunu da bacardıq.
 
- İstər milli komandalarda, istərsə də əvvəlki klublarda yarımmüdafiə xəttində çıxış etmisən. Lakin “Sumqayıt Şəhər”in son oyunlarında səni hücumun sivri ucunda izləyirik...
- Futbola hücumçu kimi yazılmışdım. Uşaq vaxtlarında hər zaman ön xətdə oynamışam. Bir dəfə 17 yaşadək futbolçulardan ibarət milli komandanın heyətində olan zaman yığmanın əsas dayaq yarımmüdafiəçisi Amit Quluzadə zədələndi. Yaşar Vahabzadə isə məni məhz bu mövqedə sınadı. O gündən başlayaraq, dayaq yarımmüdafiəçisi kimi oynamağa başladım. Həm U-19-un, həm də U-21-in heyətində yarımmüdafiə xəttində çıxış etmişəm. Ötən mövsüm I divizion bütün görüşlərdə də meydana yarımmüdafiəçi kimi çıxmışdım. Sadəcə bir qarşılaşmada hücumameyilli yarımmüdafiəçi kimi oynamışam. Oktyabda əvəzedicilərin heyətində “Bakı”ya qarşı görüşdə hücumçu kimi çıxdım. Bu qarşılaşmada iki qol vurdum. Daha sonra Bernhard Raab məni hücumçu kimi sınamağa başladı.
 
- “Sumqayıt Şəhər”i qış fasiləsinə kimi “Bakı” və “Turan”la iki çətin oyun gözləyir. Bu qarşılaşmalarda komandanın əsas məqsədi nə olacaq?
- “Kəpəz”lə oyundakı qələbədən sonra komandada əhval-ruhiyyə yüksəkdir. Bu səbəbdən “Bakı” ilə qarşılaşmaya ən azı bir xal qazanmağa gedəcəyik. Amma bu o demək deyil ki, biz paytaxt klubu ilə oyuna heç-heçə üçün çıxacağıq. “Sumqayıt Şəhər” bütün oyunlarda qələbəyə köklənir. Amma “Bakı” ilə qarşılaşma sözün əsl mənasında bizim üçün çətin keçəcək. Bu görüşdən sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Turan”ı qəbul edəcəyik. İnşallah bu oyunda qələbə qazanıb fasiləyə yaxşı əhval-ruhiyyə ilə yollanarıq. Bu iki qarşılaşmada əsas məqsədimiz ən azı dörd xal qazanmaqdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.