12 dekabr 2011 16:02
Ruslan Abışov 100-ü haqladı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunun AZAL ilə oyunu "Neftçi"nin futbolçusu Ruslan Abışov üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, “flaqman”ın 7:1 hesablı qələbəsi ilə başa çatan görüş müdafiəçinin "Neftçi"nin heyətində, eyni zamanda Azərbaycan çempionatlarında meydana çıxdığı 100-cü oyundu.
Ruslan Abışov "Neftçi"də 2006-cı sentyabrın 30-da debüt edib. O, həmin vaxt "Gilan" (indiki "Qəbələ") klubu ilə oyunun 79-cu dəqiqəsində meydana çıxmaqla 4:1 hesablı qələbədə pay sahiblərindən olub. Abışov bu görüşlərdə rəqib qapılarından 4 top keçirib.
mövsüm oyun qol
2006/07 7 -
2007/08 12 -
2008/09 16 -
2009/10 25
2010/11 26 2
2011/12 14 2
Cəmi: 100 4
